Yaşıl Möcüzə: Fotosintez

Get Adobe Flash player
Bildiyimiz kimi təkamül nəzəriyyəsi canlıların və canlılardakı qüsursuz və kompleks quruluş və sistemlərin özbaşına, təbii şərtlər altında təsadüfən meydana gəldiyini iddia edir. Halbuki, bura qədər açıq şəkildə gördüyümüz kimi, canlı bədənləri deyil, bir bitkinin yarpağındakı fotosintez sistemləri də son dərəcə kompleks bir dizayna malikdir. Buna görə təkamülün iddia etdiyi kimi bunların təsadüfən, özbaşına meydana gəlmələri qeyri-mümkündür.

Bütün bu açıq-aşkar həqiqətlərə baxmayaraq yenə də təkamül nəzəriyyəsini müdafiə etməyə davam edənlər üçün suallar verərək bu sistemin təsadüfən meydana gəlməyəcəyini bir daha görək. Ölçüsü mikroskopik ölçülərlə təyin olunan bir sahədə qurulmuş bu nümunəsiz mexanizmi hazırlayan kimdir? Əlbəttə, bu sual ilə birlikdə soruşulmalı başqa bir sual da budur: Belə bir sistemi şüursuz bitki hüceyrələrinin planlaşdırdıqlarını, yəni bitkilərin düşünərək planlar qurduqlarını fərz edə bilərikmi? Əlbəttə, belə nəyisə fərz edə bilmərik. Çünki bitki hüceyrələrinin hazırlaması, ağla sığan bir şey deyil. Hüceyrənin içinə baxdığımızda gördüyümüz qüsursuz sistemi quran hüceyrənin özü deyil. Yaxşı elə isə bu sistem düşünə bilən yeganə varlıq olan insan ağılının bir məhsuludur? Xeyr, deyil. Millimetrin mində biri böyüklüyündə bir yerə yer üzündəki ən kompleks təsisi quranlar insanlar da deyil. Hətta insanlar bu mikroskopik mexanizmin içində olub bitənləri müşahidə belə edə bilməzlər.

Təkamül nəzəriyyəsi bütün canlıların mərhələ-mərhələ inkişaf etdiyini, sadədən kompleksə doğru bir inkişafda olduğunu iddia edir. Fotosintez sistemindəki mövcud parçaları müəyyən bir ədədlə məhdudlaşdıra bildiyimizi fərz edərək, bu iddianın doğru olub-olmadığını düşünək. Məsələn, fotosintez əməliyyatının reallaşması üçün lazım olan parçaların sayının 100 olduğunu fərz edək (həqiqətdə bu ədəd daha çoxdur). Fərziyyələrə davam edərək bu 100 parçanın -belə bir şey qeyri-mümkün olmaqla yanaşı- bir-iki dənəsinin təkamülçülərin iddia etdikləri kimi təsadüfən, öz-özünə meydana gəldiyini qəbul edək. Bu vəziyyətdə geridə qalan parçaların meydana gəlməsi üçün milyardlarla il gözləmək lazım olacaq. Bu parçalar bir yerdə olsalar belə digər parçalar olmadığı üçün bir işə yaramayacaqlar. Biri olmadığında digərləri funksiyasız olan bu sistemin isə heç bir işə yaramadan digər parçaların meydana gəlməsini gözləmələri qeyri-mümkündür. Buna görə canlılara aid bütün sistemlər kimi, kompleks bir sistem olan fotosintezin də təkamülün qarşıya qoyduğu kimi, zaman içində, təsadüflərlə, yavaş-yavaş yaranan parçaların əlavə olunmasıyla meydana gəlməsi ağıl və məntiqlə uyğun gələn bir iddia deyil.

Bu iddianın çarəsizliyini fotosintez əməliyyatında reallaşan bəzi mərhələləri qısaca xatırlayaraq görə bilərik. Əvvəlcə fotosintez əməliyyatının reallaşa bilməsi üçün mövcud bütün fermentlərin və sistemlərin eyni anda bitki hüceyrəsində olması lazımlıdır. Hər əməliyyatın müddəti və fermentlərin miqdarı bir səfərdə ən doğru şəkildə nizamlanmalıdır. Çünki reallaşdırılan reaksiyalarda meydana gələ biləcək ən kiçik bir problem, məsələn, əməliyyat müddəti, reaksiyaya girən istilik və ya xammal miqdarında kiçik bir dəyişiklik olması, reaksiya nəticəsində ortaya çıxacaq məhsulları pozacaq və faydasız hala gətirəcək. Bu sayılanların hər hansı birinin olmaması vəziyyətində də sistem tamamilə funksiyasız olacaq.

Bu vəziyyətdə ağla bu funksiyasız parçaların bütün sistemin tamamlanmasına qədər necə olub ki varlıqlarını davam etdirdikləri sualı gələcəkdir. Həmçinin ölçü kiçildikcə o quruluşdakı sistemin tələb etdiyi ağılın və mühəndisliyin keyfiyyətinin artdığı da bilinən bir gerçəkdir. Bir mexanizmdəki ölçünün kiçilməsi bizə o quruluş üzərində istifadə edilən texnologiyanın gücünü göstərir. Müasir kameralarla illər əvvəl istifadə edilən kameralar arasında müqayisə aparıldıqda bu gerçək daha dəqiq aydın olur. Bu həqiqət yarpaqlardakı qüsursuz quruluşun əhəmiyyətini daha da artırır. İnsanların böyük fabriklərdə də edə bilmədikləri fotosintez əməliyyatını bitkilər necə olub ki, bu mikroskopik fabriklərində, üstəlik milyonlarla ildir, reallaşdırırlar?

Məhz bu və oxşar suallar təkamülçülərin heç bir tutarlı şərh gətirə bilmədikləri suallardır. Buna qarşı, müxtəlif xəyali ssenarilər çıxarırlar. Çıxarılan bu ssenarilərdə müraciət edilən ortaq taktika isə, mövzunun demaqoqluqlar və baş qatan texniki termin və izahatlarla boğulmasıdır. Olduqca qarışıq terminlər istifadə edərək bütün canlılarda çox açıq görülən həqiqəti, "Yaradılış Gerçəyi"ni örtbasdır etməyə çalışırlar. Niyə və necə kimi suallara cavab vermək əvəzinə, mövzu haqqında təfərrüatlı məlumatlar və texniki anlayışlar sıralayıb sonuna bunun təkamülün bir nəticəsi olduğunu əlavə edirlər.

Bununla birlikdə ən qatı təkamül tərəfdarları belə, çox vaxt bitkilərdəki möcüzəvi sistemlər qarşısında heyrətlərini gizləyə bilmirlər. Buna nümunə olaraq Türkiyənin təkamülçü professorlarından Əli Dəmirsoyu verə bilərik. Prof. Dəmirsoy, fotosintezdəki möcüzəvi əməliyyatları vurğulayaraq bu kompleks sistemin qarşısında belə bir etirafda olub:

“Fotosintez olduqca kompleks bir hadisədir və bir hüceyrənin içərisindəki orqanoidlərdə ortaya çıxması qeyri-mümkün görülür. Çünki bütün addımların birdən meydana gəlməsi qeyri-mümkün, tək-tək meydana gəlməsi də mənasızdır (85).

Fotosintez əməliyyatındakı bu qüsursuz mexanizmlər indiyə qədər bütün bitki hüceyrələrində vardır. Ən sıravi gördüyünüz bir yabanı ot belə bu əməliyyatı reallaşdıra bilir. Reaksiyaya hər vaxt eyni nisbətdə maddə girir və çıxan məhsullar da həmişə eynidir. Reaksiya sıralaması və sürəti də eynidir. Bu, istisnasız bütün fotosintez edən bitkilər üçün etibarlıdır.

Bitkiyə ağıl etmək, qərar vermə kimi xüsusiyyətlər verməyə çalışmaq, əlbəttə, məntiqsizdir. Bunun yanında bütün yaşıl bitkilərdə mövcud və qüsursuz bir şəkildə işləyən bu sistemə "Təsadüflər zənciri ilə meydana gəldi" şəklində bir şərh gətirmək də hər cür məntiqdən uzaq bir cəhddir.

Məhz bu nöqtədə qarşımıza açıq-aşkar bir həqiqət çıxır: Fövqəladə kompleks bir əməliyyat olan fotosintez şüurlu olaraq hazırlanmışdır, yəni Allah tərəfindən yaradılmışdır. Bu mexanizmlər bitkilər ilk ortaya çıxdıqları andan etibarən vardır. Bu qədər kiçik bir sahəyə yerləşdirilmiş bu qüsursuz sistemlər bizə özlərini hazırlayan Yaradıcının gücünü göstərirlər.

Yosunlar


Yosunlar dənizdən şirin suya, səhra qumlarından qaynar yeraltı qaynaqlarına, hətta qar və buz altına qədər hər mühitdə olan, fotosintez edə bilən orqanizmlərdir. Tək hüceyrəli formalardan 60 metrə qədər böyüyən nəhəng qonur yosuna qədər dəyişən şəkillərə sahibdirlər. Kompleks strukturlarının yanında müxtəlif çoxalma şəkilləri və digər bitkilərlə qurduqları ortaq həyat şəkilləriylə bütün dünyaya yayılan yosunlar, etdikləri böyük miqdardakı fotosintezlə atmosferdəki oksigenin böyük bir qismini təmin edirlər.

Təkamülçü dünyagörüşünə görə tək hüceyrəli canlılar, çox hüceyrəli canlılardan daha primitivdirlər. Bu isə onlara görə çox hüceyrəlilərin tək hüceyrəlilərdən təkamülləşdiklərinin guya dəlilidir. Ancaq digər təkamülçü ssenarilər kimi bu görüşün də elmi bir dayağı yoxdur. Əksinə tək hüceyrəlilərin bəzi formaları son dərəcə kompleks bir hüceyrə quruluşu göstərirlər. Məhz fotosintez edən yosunlar bu kompleks hüceyrə quruluşuna sahib və atmosferdəki oksigenin böyük bir qismini təmin edən canlılardır. Tək hüceyrəli yosunların kompleks hüceyrə strukturlarının yanında, sahib olduqları şəkillər, təbiətdəki ən zərif həndəsi naxışları nümayiş etdirir. Adi gözlə görülməyən bu canlılar ortalama 0,5 mikrometr (1 mikrometr, metrin milyonda biridir) diametrindədirlər (86).

Bu kiçik ölçülərinə baxmayaraq yer üzündə inanılmayacaq qədər çoxlu sayda tapılırlar. Okeanlardakı canlı orqanizmlərin 90%-ni meydana gətirirlər. Digər fotosintez edən canlılarla (plankton) birlikdə ildə təxminən 130 milyon ton orqanik karbon çıxararaq dünyadakı qida zəncirinin də təməlini meydana gətirirlər (87). Bu canlıların hər biri dünyaya qida və oksigen təmin etmək üçün işləyən mikro maşınlardır.

Elektron mikroskopuyla əldə edilən şəkillərdə, bu canlıların təsir edici gözəllikləri, hər cür həndəsi şəkildən istifadə edilərək əldə edilmiş mükəmməl simmetriyaları hamısının tək-tək üstün bir Yaradıcının əsəri olduğunu ortaya qoyur. Eyni hüceyrəyə sahib 10.000 fərqli növdəki bu canlıların bir-birinə heç bənzəməyən şəkillərə sahib olmaları, bu şəkillərin yalnız estetika məqsədli olması, hüceyrənin bu şəkilləri meydana gətirmək üçün sellüloza kimi kompleks liflərdən meydana gəlmiş silisli bir quruluşa şəkil verməsi, hadisələri təsadüflə şərh etməyə çalışanları çarəsiz vəziyyətdə qoyur (88). Həmçinin təkamülçülərin primitiv və sadə canlılar olaraq xarakterizə etdikləri bu canlıların, hüceyrə divarlarını meydana gətirmək üçün istifadə etdikləri strukturlar araşdırıldığında onların heç də sadə və primitiv olmadıqlarını görərik. Toxumaların istehsalı üçün istifadə edilən orqanik poliamin, kompleks bir kimyəvi maddədir və bir çox canlı tərəfindən istifadə edilir. Və bu canlılar hüceyrə divarlarını tikərkən təbiətdəki ən uzun orqanik poliamin zəncirlərini istifadə edirlər.

Təkamülçülərin primitiv olaraq xarakterizə etdikləri bu tək hüceyrəlilərin kompleks strukturları bununla da məhdudlaşmır. Bu canlılar fotosintez edən kompleks xlorofil piqmentlərinin yanında, qızıl sarısı rəngində sarı "ksantofil piqmenti"nə də sahibdirlər. Balıqlardakı D vitaminin ən böyük qaynağı olan bu tək hüceyrəli canlılar müəyyən bir məqsəd üçün hazırlanmış kompleks strukturlara sahibdirlər (89). Təsadüflərlə ortaya çıxması mümkün olmayan xüsusi yaradılmış bir sistemin parçasıdırlar.


Qaynaqlar:

85. Ali Demirsoy, Kalitim ve Evrim ("Inheritance and Evolution"), Ankara, Meteksan Publishing, 1995, p. 80.

86. Kingsley R. Stern, Op. cit., p. 32.

87. Mark Armitage, "Microgeometric Design of Diatoms: Jewels of the Sea," http://www.icr.org/article/395/

88. Ibid.

89. Ibid.