Yaşıl Möcüzə: Fotosintez

Get Adobe Flash player

Yarpağın hansı parçasını araşdırsaq, sonsuz bir ağılın və sənətin izlərini görərik. Yarpağa xaricdən baxdığımızda gördüyümüz forma və strukturlar, müəyyən bir məqsədə istiqamətlənmiş bir dizayn ehtiva edər. Məsələn, yarpağın maksimum günəş şüası udması üçün düz dayanması lazımdır. Ancaq yarpağın bu formada dayana bilməsi üçün xüsusi bir dizayna sahib olmalıdır. Yarpağı bir qəzet ya da fayl kağızına bənzətmək yarpağın düz dayanması üçün lazımlı olan bu dizayn haqqında daha yaxşı fikir verəcək. Bir düşünün, qəzet ya da fayl kağızını düz tutmaq istədiyinizdə nə olar? Təbii ki kağız qıvrılaraq ikiyə qatlanar. Bu vəziyyətdə əsas olan kağızı, ona yanlardan müəyyən bir qıvrılma verərək dik tutmaqdır. Məhz yarpaqların dik dayanması üçün də belə müəyyən bir qıvrılmaya sahib olmaları lazımdır.

Yarpaqların dik dayanaraq, günəş işığından daha çox faydalanmalarının bir səbəbi də strukturlarında olan "midrib" adı verilən ana damardır. Bu damar, yarpağın ortasından keçərək onu bitkiyə bağlayar. Həmçinin, midribdən çıxaraq yarpağın səthinə yayılan başqa damarlar da vardır. Midrib və bu yan damarlar, yarpağın düz dayanmasını təmin edən skelet funksiyasını yerinə yetirərlər (1).

Yaxşı, yer üzündə sayılmayacaq çoxluqda olan yarpaqlardan hər biri incə bir hesab tələb edən əyilməyə və düz dayanmaları üçün lazımlı olan bir damar sisteminə necə sahib olmuşlar? Əlbəttə, bir yarpağın öz-özünə, günəş işığından maksimum nisbətdə faydalanmasının daha yaxşı olacağını düşünmək qeyri-mümkündür. Həmçinin, yarpaqların dik dayanmaq üçün lazım olan əyilimi uc qisimlərinə verərək yaşıllaşmaları ya da ortalarında skelet funksiyası yerinə yetirəcək bir damar sistemi meydana gətirməyə qərar vermələri də mümkün deyil. Bütün bunların təsadüfən öz-özünə meydana gəlməsi qeyri-mümkündür. Nəticə olaraq, yuxarıdakı problemin cavabı çox sadədir: Yarpaqların damar sistemini də, uc qisimlərindəki qıvrımı da hazırlayan və yaradan Allahdır.

Yarpaq mexaniki bir dəstək kimi iş görən damarlar üzərinə sərilmiş bir parça hissəsinə bənzəyər. Bu sistemin təsirli olaraq istifadə edilməsi, yarpağın toxumasını dəstəkləmək üçün istifadə edəcəyi enerjini ən aşağı səviyyədə tutması lazımdır. Yarpaq üçün bu çox asandır. Çünki yarpağın ortasından keçən bir ana dəstək və bu dəstəkdən yarpaqların kənarlarına uzanan ikinci dəstəklər vardır. Xüsusilə, ana damarın olduğu yer yarpağın ağırlıq paylamasını tarazlaşdırmada çox əhəmiyyətlidir.(2) Belə ki, ana damarın qaldırma gücü, əlaqə nöqtəsindən uzaqlaşıldıqca azalar, ağırlıq isə uzaqlaşıldığı nisbətdə artar. Məsələn, ağır bir kitabı qolunuzu irəli uzadaraq tutsanız, qolunuzun kitabı qaldırma gücünün azaldığını, kitabın qolunuza təsir edən ağırlığının isə artdığını hiss edə bilərsiniz. Ancaq ana damar yarpağın tam ortasından keçdiyi üçün üzərindəki ağırlıq bərabər miqdarda dağılar. (3)

Bu sıradan bir hadisə deyil. Diqqət yetirin! Heç bir tarazlıq qətiyyən təsadüfən meydana gələ bilməz. Bir düşünün, kərpiclər təsadüfən bir yerə toplanıb sağa-sola yıxılmayan bir bina meydana gətirə bilərlərmi? Ya da hər hansı bir körpü ağırlıq mərkəzi hesablanmadan tikilsə uçmaya bilərmi? Təbii ki, bu iki nümunə və daha bunların bənzəri minlərlə nümunədə olduğu kimi maddə təsadüfən bir yerə gələrək müəyyən bir nizam və tarazlıq meydana gətirə bilməz. Canlı ya da cansız, hər varlığı müəyyən bir nizam ilə yaradan Allahdır. Allah kiçik bir yarpağı da üzərində milyardlarla insanın rahatlıqla yaşaya biləcəyi qədər böyük olan dünyanı da üstün bir dizaynla yaratmışdır. Bir şeyin böyük ya da kiçik olması əhəmiyyətli deyil, Allahın yaratmasında heç bir əskiklik olmaz. Quranın ayələrində, Allahın hər şeyi mükəmməl bir şəkildə yaratdığı və heç kimin Onun yaratdığı kainatda bir uyğunsuzluq tapmağa güc yetirməyəcəyi belə bildirilir:


Yeddi göyü təbəqələr şəklində quran Odur.
Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.
(Mülk surəsi, 3-4)


Bütün bunların yanında, bir yarpağın struktur mexanizminin dizaynında bir çox funksional möcüzə vardır. Yarpaqların struktur mexanizmlərini araşdıran, Viskonsin Universitetindən Tom Givniş, bu mövzuyla əlaqədar belə deyir:

Əgər bir mexaniki məhsuldarlıq qiymətləndirilsəydi bütün yarpaqların üçbucaq olması lazım idi (4).

Əlbəttə, yarpağın dizaynında yalnız mexaniki quruluş deyil, bir çox kompleks quruluş da dövrəyə girir. Bunun bir nəticəsi olaraq yarpaqlar üçbucaq deyil, başqa xüsusiyyətlərə də sahibdirlər. Məsələn, yarpaqların sıralanmasında ortaya çıxan riyazi hesablar bunlardan biridir. Yarpaqlar düzülərkən biri digərinə kölgə salmayacaq şəkildə düzülərlər. Givniş bu mövzuda bunları söyləyir:

Üçbucaq yarpaqlar incə budaqlar boyunca günəş işığını məhsuldar yığacaq şəkildə düzülə bilməzlər, çünki üçbucaqlar sıxılmış şəkildə bir yerə gələ bilməzlər. Ancaq yarpağın üzəri çərpələng şəklində daha yaxşı incələrsə bir dairə və ya spiral şəklində düzülərək bir-birlərinin üstünü örtməzlər (5).

Yarpaqların xüsusi dizaynı yaşadıqları iqlim şəraitinə, həyat müddətlərinə və hücuma məruz qalma ehtimallarına görə də dəyişir. Nümunə olaraq çoban saçağı götürək: Bu bitki iti tikanlara malikdir. Ancaq bu tikanlar, daha çox bitkinin alt qismindəki yarpaqlarda var. Üst tərəfdəki yarpaqlarda ümumiyyətlə tikanlı uca rast gəlinmir. Bu dizaynın əhəmiyyətli bir səbəbi vardır; alt tərəfdəki tikanlar, yarpaqları, yarpaq yeyən heyvanlardan qoruyur. Heyvanlar bitkinin üst qisimlərinə çata bilmədikləri üçün, üst tərəfdəki yarpaqlar üçün belə bir tədbir görməyə gərək qalmamışdır (6). Bir çox bitki hücumlara qarşı qoymaq üçün belə iti tikanları istifadə edər. Tikanlı yarpaqlara hər mövsüm yaşıl qalan ağaclarda daha çox rast gəlinir. Bu yarpaqlar çox xüsusi bir dizayna sahibdirlər. İynəli strukturları sayəsində donmaqdan qorunarlar. Həmçinin, torpaqdakı su donduğu zaman maye itirməmələri üçün xüsusi olaraq qalın bir muma bənzər təbəqəylə örtülü olaraq yaradılmışlar.

Digər tərəfdən adi dəlibəng və ya üzüm kimi dırmaşan bitkilərin böyük bir qismi, üzəri ürək şəklində olan yarpaqlarla örtülüdür. Bu bitkilər dəstək olaraq öz gövdələrini deyil, başqa bitkilərin gövdələrindən istifadə edərlər. Sarmaşan bitkilər, yarpaqlarını həmişə Günəşə çevirmək məcburiyyətindədir. Ancaq sarıldıqları bitki yuxardan düşən işığa maneə törətdiyinə görə eyni səviyyədə qalmaq yerinə bitki sapına ən uyğun bucağa doğru yer dəyişdirər, belə bir vəziyyətdə yarpaqlar üzlərini Günəşin gəldiyi istiqamətə doğru çevirərlər.

Yarpaqlardakı bir başqa dizayn möcüzəsi də küləkli günlərdə fərq edilir. Bilindiyi kimi bitkilərin yarpaq səthi ümumiyyətlə geniş olur. Bu onların günəş enerjisini daha çox ala bilmələri üçündür. Ancaq şiddətli bir külək ya da fırtına, bu geniş səthlər üzərində yelkən təsiri edərək bikinin sovrulmasına və parçalanmasına yol aça bilər. Ancaq bunların heç biri olmaz. Çünki yarpağın struktur xüsusiyyətləri, küləyin təsirini azaldacaq şəkildə yaradılmışdır. Bitkidə skelet funksiyası yerinə yetirən sellüloza və lif kimi toxulur böyük bir elastiklik qabiliyyətinə sahibdirlər. Həmçinin yarpaqlar bitkinin uzanma istiqamətində inkişaf edirlər. Bu xüsusiyyətlər bitkinin küləyin dağıdıcı təsirindən qorunmasına kömək edir. Çünki bunun sayəsində yarpaq külək istiqamətində əyilə bilər (7).


Yarpaqları küləkdən qoruyan ikinci bir xüsusiyyət isə, küləyin şiddəti artdıqca yarpağın içəriyə doğru qatlanmasıdır. Bunun sayəsində yarpaq küləyin içindən axdığı, konus şəklində aerodinamik bir quruluş meydana gətirər. Həmçinin, yarpaqlar bu aerodinamik quruluşun küləyə qarşı gücünü artırmaq üçün toplu olaraq bir-birlərinin içinə keçə bilirlər. Yəni bir budaq boyunca çıxan yarpaqlar külək istiqamətində əyildiklərində sonrakı yarpağı örtəcək şəkildə bağlanırlar (8).

Bitkilərdəki dizayn möcüzəsi, qurudakılarla məhdud deyil. Qurudakı bitkilərin küləyə etiraz edəcək şəkildə hazırlanması kimi sudakı bitkilər də axıntının təsirini ən aza endirəcək şəkildə hazırlanmışlar. Suda axıntının küləyə bənzəyən bir təsiri vardır. Ancaq, yosun kimi dəniz altı bitkiləri, dalğaların və axıntıların gücünə, sahib olduqları xüsusi dizayn sayəsində qarşı gəlməkdə çətinlik çəkməzlər. Bu bitkilərin qurudakılar kimi qalın odunsu gövdələri yoxdur. Amma qayalara yapışan kökləri çox möhkəmdir və elastik gövdələri ilə dinamik yarpaqları sayəsində tarazlıqlarını axıntının şiddətinə görə nizamlaya bilərlər. Əgər xarici təsir dözülməz bir nisbətə gəlirsə bitki əvvəlcə yaşlı yarpaqları fəda edər. Bu böyük yarpaqlar getdiyində küləyə və ya axıntıya olan müqavimət azalar və bikinin daha çox dözməsinə imkan tanıyar. (9)

Nəticə olaraq, hər bitkinin struktur xüsusiyyətləri bir başqasınkından fərqlidir. Bitkilər bir tərəfdən fotosintez edərək oksigen və qida istehsal edir, digər tərəfdən də sahib olduqları müxtəlif xüsusiyyətlərlə, müəyyən vəzifələri yerinə yetirərlər. Bu xüsusi dizaynları sayəsində, bəzi bitki yarpaqları su və qida anbar edərkən, bəziləri tikan strukturlarıyla müdafiə edinə bilərlər, başqa obyektlərə sarılıb yapışa bilərlər, çoxala bilərlər ya da kompleks tələlərlə böcək kimi kiçik heyvanları tutaraq bəslənə bilərlər. Buna görə hansı bitkini araşdırırırq araşdıraq, bir çox fövqəladə xüsusiyyətə sahib olduqlarını görər, beləcə, bitkilərin yaradılışındakı sonsuz elm və sənətə şahid olarıq. Heç şübhəsiz, bu elm və sənət, canlı cansız bütün varlıqları üstün bir hikmətlə yaratmış olan Allaha aiddir:


Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. Biz həmçinin üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar ağacları da yetişdiririk. Bar verdiyi və yetişdiyi zaman onların meyvəsinə baxın. Şübhəsiz ki, bunlarda iman gətirən adamlar üçün dəlillər vardır. (Ənam surəsi, 99)



Səhra İstisindən Təsirlənməyən Yarpaqlar


Səhra deyəndə ağılımıza heç bir canlının asanlıqla yaşaya bilməyəcəyi bir mühit gəlir. Həqiqətən, də səhrada yaşayan canlıların sayı olduqca azdır. Ancaq bu çətin şərtlərə baxmayaraq səhra mühitində də heç ağılımıza gəlməyəcək möcüzələrlə qarşılaşarıq. Bu quraq mühitə daha yaxından baxdığımızda müxtəlif xüsusiyyətlərə sahib bitkilər diqqətimizi çəkər. Bu bitkilər xüsusi dizaynları və fərqli növləriylə çox çətin şərtlərdə rahat yaşaya bilirlər. Onlar bu iqlim şərtləri üçün xüsusi olaraq yaradılmış bir möcüzədirlər.

Səhra bitkiləri həddindən artıq istidə və susuzluqda yaşamaq üçün iki yola müraciət edirlər. Birincisi, sahib olduqları davamlı quruluşdan istifadə etmək, ikincisi də yuxuda qalmaqdır. Maraqlı strukturları və xüsusi dizaynları sayəsində quraq iqlimlərdən zərər görməyən bu bitkilərdə yarpaq; həm gövdə, həm fotosintez orqanı, həm bir qida və su anbarı həm də qalın quruluşuyla bir müdafiə orqanıdır (10).

Bəzi anbar funksiyası yerinə yetirən yarpaqlar isə ətrafda olan qayaları təqlid edən strukturlarıyla bir kamuflyaj mütəxəssisidirlər. Müxtəlif heyvanların kamuflyaj etməsi sıx qarşılaşdığımız möcüzələrdən biridir (11). Ancaq bir bitkinin kamuflyaj etməsi çox da vərdiş etmədiyimiz bir vəziyyətdir. Ətrafındakı qayaları təqlid edə bilən bir bitkinin hansı xüsusiyyətlərə sahib olması lazım olduğunu düşünsək, nə qədər heyrət verici bir hadisə ilə qarşı-qarşıya olduğumuzu daha yaxşı anlaya bilərik. Hər şeydən əvvəl bu bitkinin, səhra mühitini çox yaxşı tanıması, ətraf şərtlərindən xəbərdar olması lazımdır. Buna görə ətrafdakı bəzi heyvanlardan xilas olmaq və eyni zamanda həddindən artıq istilərə dözmək üçün müəyyən bir şəkil və müdafiə sistemi planlaşdırmalıdır. Nəticə olaraq qayaların özü üçün ən ideal model olduğuna qərar verməlidir. Özünü qayalara bənzətsə gözə dəyməyəcəyini və daş kimi həcmli bir quruluşun anbar vəzifəsini rahat yerinə yetirə biləcəyini düşünməli və bütün kimyəvi quruluşunu bu qərarına görə dəyişdirməlidir. Nə bir ağıla, nə bir şüura, nə bir gözə sahib olmayan bitkilərin, özləri üçün belə həyati əhəmiyyəti olan qərarlar ala bilməyəcəkləri və bu qərarlarını tətbiq edə bilməyəcəkləri çox açıqdır. Yaxşı, bitkiləri olduqları mühit üçün ən uyğun quruluşa və şəklə qovuşduran nədir? Bütün canlıların təsadüflər nəticəsində meydana gəldiyini iddia edən təkamülçülər, qaya təqlidi edən səhra bitkilərinin də, bu xüsusiyyətə təsadüfən sahib olduqlarını iddia edirlər. Bu iddiaları yuxarıda izah edilən ssenaridən daha məntiqsizdir. Təsadüfən meydana gələn hansı hadisə, bir bitkiyə qüsursuz bir təqlid qabiliyyəti və səhra istisində ən çox ehtiyacı olan su anbarını qazandıra bilər? Bu bitkiləri bütün bu xüsusiyyətləri ilə yaradanın üstün bir elm və ağıl sahibi olan Allah olduğu çox açıqdır.


Yarpaqlardakı Su Anbarı


Səhra bitkilərinin su və qida maddələrini tədarük edəcək şəkildə hazırlanan tədarük yarpaqları, Sedum bitkisində olduğu kimi silindr şəklində və ya qayçı otunda (Carpobrotus) olduğu kimi prizma şəklində ola bilər. Quraq bölgələrdə yaşayan bu bitkilər su yığma xüsusiyyətlərinə görə təzə bir görünüşə sahibdirlər. Su, gövdə ya da yarpaqlarda geniş, incə divarlı hüceyrələrdə qorunur. Bu yarpaqların qalın üst təbəqəsi su itkisini azaldır. Səhra bitkilərinin qüsursuz dizaynlarının bir başqa xüsusiyyəti isə kürə şəklində olmalarıdır. Çünki kürə, ən kiçik səth sahəsinə sahib olmasına görə güclü su toplama şəklidir. Səhra bitkilərinin qalın gövdələri, kürə şəkilləri və gündüzləri bağlı, gecələri açıq olan məsamələri, buxarlanma ilə su itkisini azaldan bir quruluş meydana gətirir (12).

Hər bitki suyu fərqli hissələrində qoruyur. Məsələn, Əsr bitkiləri yarpaqlarında, gecə açan Cereus bitkisi yer altındakı soğanında, kaktus isə iri gövdəsində su topluyur. Səbir otu kimi bitkilər isə nadir olaraq yağan yağışları tutmaq üçün nov şəkilli yarpaqlarını açıq saxlayırlar. Bunun tam tərsinə Sarracenia minor kimi yağışlı bölgələrdə olan bitkilərin yarpaqları, güclü yağışdan qorunmaq üçün çətir kimidir. Hər bitkinin olduğu şərtlərə uyğun bir şəklə sahib olması Allahın qüsursuz yaradışının bir göstəricisidir.

Kaktuslar nə silindr, nə də kürə formasına sahib deyillər. Səthləri düzdür. Demək olar hamısının şaquli xətləri ya da səthlərində çoxlu sayda tikanvari çıxıntıları vardır. Bu bitkilər xətvari səthləri içlərində saxlanılan suyun miqdarına görə daralma və boşalma xüsusiyyətinə malikdir. Kaktus istiliyi yaya bilən, su dolu gövdəsini heyvanlardan qoruyan və dik iynələrə malikdir. Mumlu üst təbəqə hərarəti bitkinin daxilinə girməsini azaldaraq bitkini qoruyur. Həmçinin bu bitkilərin rəngləri solğun və parlaqdır. Beləcə üzərlərinə düşən şüanın çoxunu əks etdirirlər; bəziləri də günəş işığını əks etdirəcək ağ tüklərlə örtülmüşdür. Hər insan mütləq kaktus görmüşdür. Ancaq kaktusa aid xüsusiyyətlərin estetikadan başqa, bir çox məqsədyönlü olaraq yaradılması böyük möcüzədir. Kaktusun tikanlarından üzərindəki ağ tüklərə qədər hər bir parçasında bir plan, dizayn və məqsəd vardır. Bütün bunlar kaktusların təsadüfən meydana gəlmiş bitkilər ola bilməyəcəyini, üstün bir ağıl tərəfindən hazırlanaraq yaradıldıqlarını göstərən əhəmiyyətli dəlillərdir.

Bu bitkilərin bəzi növləri, xüsusilə "pəncərə yarpağı" bitkisi bütün gövdəsini torpağın altına basdırır və yalnız yarpaq uclarını xarici səthə çıxarıb göstərir. Yarpaq ucları şəffafdır ancaq yarpaq uclarının bir az içəri tərəfində yaşıl fotosintez edən hüceyrələr var. İncə xətlər şəklində düzülmüş bu hüceyrələr pəncərə deyilən yarpaq uclarından girən işığı tutub fotosintez əməliyyatı üçün istifadə edirlər (13). Bu xüsusi dizaynları nəticəsində su itkisini böyük miqdarda azaldan və torpağın altında qalaraq qızğın günəşdən xilas olan bitki, bir çox canlının qısa bir müddət belə dözə bilmədiyi səhra istilərində heç çətinlik hiss etmədən yaşayar. Səhrada yaşayan bitkilərin xüsusiyyətləri bunlarla da məhdud deyil.

Səhra bitkiləri bir çox xüsusiyyətlərinin yanında susuzluğa da son dərəcə dözümlü şəkildə yaradılmışlar. Məsələn, Amerikan cücə sidr ağacı Peukephyllum və gecələri bir az nəm alıb həddindən artıq quraq vəziyyətlərdə belə yaşıl qala bilən Capparis spinosa bitkisi susuzluğa tamamilə dözə bilənlərdəndir. Bir çox kol və ağac da quraqlığa qarşı dözümlüdür; çünki dayanıqlı yarpaqları müxtəlif xüsusiyyətlərə malikdir. Məsələn, bəziləri kiçik yarpaqlara malikdir. Bunlar iynə ya da buket şəklindədir; kiçik ölçüləri sayəsində Günəşin istiliyinə daha az səth sahəsi məruz qalar (14).

Bəzi qısa ömürlü bitkilər isə, yarpaqlarının yalnız bir kənarında, ümumiyyətlə üst qismində, məsamələrə sahibdirlər. Bu dizayn xüsusilə küləyin sıx olduğu şərtlərdə buxarlaşma ilə su itkisinin qarşısını alır. Bəzi yarpaqların hər iki qismində də məsamələr vardır; xüsusilə ətrafda sis olduğu zamanlarda bu məsamələrlə havadan nəm alırlar. Bəzi bitkilərdə, xüsusilə Manzanitanın yarpaqları dik dayana biləcəkləri şəkildə dəstəklənmişlər. Beləliklə, səth qisimləri Günəşə daha az məruz qalar və daha az su itkisi olar. Kaktuslar kimi yarpaqları olmayan bitkilərdən biri olan Paloverde də fotosintezi gövdəsi ilə edir. Çünki səhra mühitində çoxlu yarpağa sahib olmaq daha çox suyun buxarlanması mənasını verir. Göründüyü kimi səhra mühitinə dözümlü olan bitkilər, bir çox fərqli xüsusiyyətlərə sahibdirlər. Hər birinin səhra istisinə qarşı aldığı bənzərsiz bir ehtiyatı vardır. Bitkilərin bir-birlərindən fərqli olaraq, ayrı-ayrı bu ehtiyat tədbiri görməyəəkləri açıqdır. Çünki bitkilərin bunun üçün lazım olan şüur, ağıl və məlumat kimi xüsusiyyətləri yoxdur. Hər bitkini olduğu mühitə ən uyğun və bənzərsiz xüsusiyyətlərlə yaradan Allahdır.


Səhra Bitkilərinin Yuxuya Getmə Üsulu


Bura qədər xüsusi strukturları ilə quraqlığa və susuzluğa dözə bilən bitkilərdən nümunələr verildi. Ancaq səhra mühitinə dözümlülük mövzusunda daha bir önəmli ikinci bir üsul vardır: "Yuxuya getmə".

Məhz bu ikinci üsulu tətbiq edərək yuxuya gedənlər "efemer" bitkilər olaraq tanınır. Ümumiyyətlə, bir il yaşayan və quraqlıqda toxum halında yuxuda qalaraq susuzluqdan xilas olan bu bitkilər yağışdan sonra çox tez bir şəkildə toxumlarını açıb yaşıllaşırlar. Şitilləri çox sürətli bir şəkildə böyüyür. Çiçəklənmə çox qısa bir müddətdə meydana gəlir və beləcə bitki, toxumdan cücərmə mərhələsinə yalnız bir neçə həftə içində keçə bilir.

Səhrada yağışın yağma tarazlığı, buna görə efemerlərin əgər bütün toxumları tək bir yağış ilə yaşıllaşsa və sonra birdən gələn bir quraqlıqla ölsələr, nəsilləri tükənə bilərdi. Amma bu bitkilərin çoxu yalnız böyük miqdarda yağış aldıqdan sonra toxumlarının yaşıllaşmasını təmin edən mexanizmlərə malikdir. Bu bitkilər "toxum polimorfizmi" adı verilən və toxumlarının yaşıllaşma zamanını fərqləndirə bilən bir xüsusiyyətə sahibdirlər. Əlavə olaraq toxumlarda da yaşıllaşmağa mane olan bir maddə vardır. Toxuma ilk dəfə su çatdığında onun səthə çıxma mərhələsi tamamlanır. Ancaq toxumun yaşıllaşa bilməsi üçün bu qoruyucu maddənin təsirsiz hala gəlməsi lazımdır. Bu əməliyyat isə toxumun ikinci dəfə su ilə təmasında meydana gəlir. Əgər ikinci dəfə su gəlməzsə yəni yağış yağmazsa toxum cücərməz. Buna görə də toxumlar islanmaq üçün iki mərhələyə ehtiyac duyar; birincisi toxumların səthə çıxmasına səbəb olur, ikincisi də yenilənməyə mane olan maddəni aradan qaldırır və ancaq bu mane olan maddənin ləğv edilməsindən sonra yaşıllaşma meydana çıxır.

Digər efemerlərin toxumları, məsələn "acı qovun" cinsinin toxumları yalnız qaranlıqda cücərir. Bir ardıcıl islanma və qurumanın ardından toxumun xarici səthi dəyişər və oksigenin embriona sərbəst bir şəkildə keçişini təmin edər. Lazımlı olan bu ünsürlərin kombinasiyası, toxumun yalnız basdırıldıqdan və dəfələrlə yağış gördükdən sonra cücərməsinə səbəb olar.

Bu bitkilərin meydana gəlməsində qüsursuz bir dizayn, plan və hesab vardır. Hər şey, hər mərhələsi ilə əvvəldən təyin olunmuşdur. Toxumların və cücərtilərin yox olmamaları üçün ola biləcək bütün şərtlərə uyğun olaraq bütün tədbirlər görülmüşdür. Yaxşı efemer bitkilərinin meydana gəlməsi üçün bu sistemi əvvəldən təyin edən və bu bitkiləri şərtlərə uyğun şəkildə hazırlayan ağıl və elm kimə aiddir? Bitkinin hüceyrələrinəmi? Toxumun özünəmi? Yoxsa bu qüsursuz və əskiksiz sistem təsadüfənmi meydana gəlmişdir? Bütün bu sualların məntiqsizliyi ortadadır. Ətraf şərtlərinə uyğun xüsusiyyətlərə sahib olan bu bitkilər aləmlərin Rəbbi olan Allahın üstün yaradışının əsəridir.

Səhra bitkilərinin bir başqa qrupu da quraqlıqda yarpaqlarını tökən bitkilərdir. Bu bitkilər su qaynağı azalınca dərhal kiçik yarpaqlarını tökürlər. Bunlara bir nümunə Ocotillo bitkisidir. Bu bitki quraqlıq yuxusuna gedir və yağış yağana qədər bu halda qalır. Yağış yağanda dərhal bir silsilə yeni yarpaq yetişdirməyə başlayır. Bəzi kollarda da bu xüsusiyyət vardır; amma yuxuya getməzlər. Çünki su dəstəyi artana qədər xüsusi toxumalarında yığılmış su və qidalarla yaşaya biləcək qədər dözürlər. Bu toxumalar "rizom" adı verilən, torpaq altında üfüqi olaraq inkişaf edən və uzun müddət yaşayan gövdələrdir. Süsən, Manisa laləsi, Ayrıq otu kimi bitkilərin bu cür gövdələri vardır (15).

Bura qədər araşdırdığımız səhra bitkilərinə bütövlükdə baxdığımızda ortaya çox təsirli bir mənzərə çıxır. Bəzi bitkilər səhrada yaşamaları üçün xüsusi sistemlər və strukturlarla təchiz edilmişlər. Səhra bitkiləri su topluyur, kamuflyaj edir ya da yuxuya gedirlər. Bəziləri də müxtəlif kimyəvi üsullarla toxumlarının cücərməsinə mane olar. Göründüyü kimi səhra kimi hər cür məhrumiyyətin və çətinliyin hakim olduğu bir mühitdə belə çoxlu sayda bitki növü və istiyə qarşı qorunma üsuluyla qarşılaşarıq. İnsanların kimsəsiz sandığı bir mühitdəki bu bitkilər, üstün dizaynlarıyla Allahın sonsuz elmini və sənətini bir daha göstərir.


Sulu Mühitlərdəki Bitkilərin Maraqlı Yarpaqları

Göllərdə, dəniz kənarlarında, duzlu sularda və duz nisbəti yüksək bataqlıqlarda yaşayan bitkilər də, səhrada qarşılaşılan çətin şərtlərin bənzəriylə qarşı-qarşıyadır. Ancaq bu cür bölgələrdə yaşayan bitkilər də, bütün canlılarda olduğu kimi yaşadıqları mühitə uyğun xüsusiyyətlərlə yaradılmışlar. Böyük bir qismi suyun içində olan bu bitkilərin yarpaq və gövdə strukturları bu mühitlərdə yaşamalarına imkan verəcək şəkildə xüsusi olaraq hazırlanmışdır. Məsələn, duzlu sularda yaşayan bitkilər, səhra bitkiləri kimi qalın və dəriyə bənzər yarpaqlara sahibdirlər. Bunun sayəsində çoxlu miqdarda su toplamaq tutumuna sahibdirlər və çoxlu sudan zərər görməzlər.

Dəniz lobyası və Seablite kimi bitkilər isə olduqları bölgələrdə tez-tez su basqınlarına məruz qalarlar. Bu isə bitkinin gövdəsinə çoxlu miqdarda duz girməsinə səbəb olur, bu da bitki üçün zərərlidir. Ancaq bu bitkilər çoxlu duzdan zərər görməzlər, çünki çoxlu duzu sürgünlərindən çıxaran duz vəzlərinə sahibdirlər. Bu cür şərtlər altında yaşayan bitkilərə "halofitlər" deyilir (16).

Glassvort kimi duzlu bataqlıq bitkiləri, nizamlı olaraq dəniz suyu ilə çevrilir. Bu cür bitkilər, su səthində olan yarpaqları sayəsində həyatda qalırlar. Yarpaqların su səthində qalmasını isə, yarpaqların altında havayla dolu xüsusi strukturların olması təmin edir. Nəhəng Amazon su zanbağı da, bu cür yarpaqlara sahib olan bitkilərdəndir.

Su ətrafında və ya yaş torpaqlarda olan bitki köklərinin hamısı su ilə əhatələnib. Bu vəziyyətdə bitkinin necə hava ala biləcəyi sualı ağla gəlir. Kökü su içində yaşayan bitkilər də, digərləri kimi bu şərtlərə ən uyğun xüsusiyyətlərə sahibdirlər. Məsələn, bataqlıq bitkilərinin oksigen əldə etmələrini təmin edən, suyun içinə batan qisimlərindəki "aerenxima" adı verilən bir toxumadır. Bu toxumalardakı hava bölmələri genişləmə xüsusiyyətinə malikdir. Su zanbağı, Elodeya kimi su bitkilərində isə oksigen, bitkinin suyun xaricində qalan qismindən, yəni gövdə və yarpaqlarından suyun içindəki qisimlərinə çatdırılır (17).
Göründüyü kimi su bitkilərinin köklərindəki hava bölmələri və bu bölmələrə çöldən oksigen daşıyan sistemlər olmasa bu bitkilər əsla yaşaya bilməzdilər. Bununla birlikdə heç bir bataqlıq bitkisinin öz-özünə, hava bölmələri genişlənən bir toxuma meydana gətirməsi mümkün deyil. Belə bir quruluşun zaman içində təsadüflərlə meydana gəlməsi də qeyri-mümkündür. Onsuz da bataqlıqda və ya su içində yaşayan bir bitkinin, təsadüfən baş verən hadisələrin, milyonlarla il boyunca yavaş-yavaş bitki köklərinə oksigen daşıyacaq bir sistemin meydana gəlməsini gözləməyə vaxtı da yoxdur. Çünki bu sistem olmadan həyatını davam etdirməsi və çoxalması mümkün deyil. Deməli, bitkidəki bu oksigen daşıma və yığma sisteminin daha bitki ilk yaradıldığı anda əskiksiz və qüsursuz bir halda var olması lazımdır. Bu isə kor təsadüflərin deyil, yalnız qüsursuzca planlanmış və hazırlanmış möhtəşəm bir yaradılışın nəticəsində reallaşa bilər.

Yarpaqdakı Bir Başqa Möcüzə: Ventilyasiya Sistemi


Bəzi bitkilərin yalnız kökləri deyil, gövdələrinin də böyük bir qismi su içində yaşayır. Havayla təmas qura bilməyən bu bitkilərin kökləri, bəzən 4 metrdən daha dərində olar. Bu məsafəyə oksigenin sadə bir yolla çatması qeyri-mümkündür. Ancaq Allah bu bitkilər üçün də ən uyğun sistemi qüsursuzca yaratmışdır. Kökü və gövdəsi suyun altında və kökü çox dərinlərdə olan bu bitkilərin ventilyasiya sistemini, üç yüz metr hündürlüyündə, yüz mərtəbəli bir göydələnin quruluşu ilə müqayisə edə bilərik. Bu cür yüksək binalarda, mühəndislərin həll etmələri lazım olan ən əhəmiyyətli problemlərdən biri binanın ventilyasiyasıdır. Bu tip binaların ventilyasiya problemlərinin həll edilməsi üçün çox yüksək texnologiyalar istifadə edilir. Bina daha lahiyələşdirmə mərhələsində ikən ventilyasiya boşluqlarının yerləri və diametrləri, ventilyasiya mühərriklərinin yerləşdiriləcəyi bölgələr, qatlara təmiz havanın necə paylanacağı, çirkli havanın qatlardan necə sovrulacağı kimi bütün incəliklər hesablanır və layihə buna görə qurulur.

Bina tikilərkən layihədə qeyd edilən bölgələr, hava kanallarını meydana gətirəcək şəkildə boş buraxılır və bu bölgələrə daha sonra ventilyasiya boruları yerləşdirilir. Son olaraq da mərkəzi ventilyasiya maşınları və qatlara xüsusi ventilyasiya sistemləri monte edilir.

Bitkilərin strukturları yaxından araşdırıldığı zaman, insanoğlunun müasir göydələnlərdə istifadə etdiyi ventilyasiya sistemlərinin çox daha üstününün bitkilərin içlərində istifadə edildiyi görülər. Bu əlbəttə böyük bir möcüzədir. Tamamilə ağılsız bir bitkinin iç quruluşunda, arxitektura və mühəndislik baxımından möcüzə olaraq qəbul ediləcək bir ventilyasiya sisteminin qurulmuş olması, o bitkinin çox üstün bir ağıl tərəfindən yaradıldığını isbat etməkdədir.

Bu ventilyasiya sisteminin mühərrikləri yarpaqlardır. Əlbəttə bu ventilyasiya sistemində də, bəzi mühərriklərin təmiz havanı içəri çəkəcək, bəzi mühərriklərin də çirkli havanı çölə verəcək şəkildə işləmələri lazımdır ki, bina (bitki) içində tam bir ventilyasiya təmin edilə bilsin. Necə ki lazımlı planlama yenə edilmiş və yarpaqlar arasında mükəmməl bir əmək bölgüsü edilmişdir. Gənc yarpaqlar təmiz havanı bitkinin içinə çəkən mühərriklər olaraq vəzifə yerinə yetirərkən, yaşlı yarpaqlar da bitkinin içindəki çirkli havanı çölə verən mühərriklər olaraq vəzifə yerinə yetirərlər.


Ancaq mühərriklərin olması tək başına yetərli deyil. Həmçinin, plan istiqamətində qurulmuş hava kanalları sisteminə də ehtiyac vardır. Çünki mühərrik kimi işləyərək təmiz havanı qəbul edən yarpaqlardan təmiz hava alınaraq, bitkidə ehtiyac duyulan yerlərə aparılmalıdır. Bu incəlik də düşünülmüş və bitkinin içinə mikro ölçüdə ventilyasiya kanalları yerləşdirilmişdir. Üstəlik bu kanalların planlaması bitkinin ən dərin nöqtələrinə də hava aparacaq şəkildə edilmişdir.


İndi Allahın yaratmasındakı qüsursuz dizayna daha yaxından şahid olmaq üçün, yarpaqların sanki bir mühərrik kimi işlərini və bitki içindəki ventilyasiya sistemini daha yaxından araşdıraq...


Gənc yarpaqların vəzifəsi külək əsdiyində havanı udmaq, yaşlı yarpaqlarınkı isə havanı çölə buraxmaqdır. Bu udmaq və üfləmə əməliyyatının iş sistemi son dərəcə kompleksdir.


Bu cür yarpaqların içindəki su buxarlaşdıqca, yarpaqların istiliyi azalır. Külək isə buxarlanmağı artırır və beləcə yarpağın istiliyi daha da düşür. Bu əməliyyat güclü küləklərdə daha da təsirli olur. Ancaq bu soyuma, yarpağın içində hər hissədə eyni nisbətdə hiss edilməz. Yarpaqların orta qismindəki bölgələr xarici səthlərindən daha isti qalır. Araşdırmaçılara görə bu istilik fərqi 1 və ya 2°C daha çox olduğunda oksigeni udmaq əməliyyatı da sürətlənir.


Oksigeni udma əməliyyatının sürətlənməsi belə reallaşır: Yarpağın içinə daha yaxından baxıldığında, gənc yarpaqların fotosintez edən toxumaları ilə, onların altında iştirak edən zəif qablaşdırılmış toxumaların bitişdiyi nöqtədə çox kiçik məsamələr olduğu görünür. Bu məsamələrin açıqlığı 0.7 mikrometrəyə (1 mikrometrə, 1 metrin milyonda birinə bərabərdir) çatdığında və yarpağın içindəki istilik 1 və ya 2°C-nin üstünə çıxdığında, qazlar yarpağın içindəki soyuq bölgədən isti bölgəyə doğru axmağa başlayar. Beləcə oksigen bitkinin içinə doğru yönəlir. Bu müddət "termoosmoz" olaraq adlandırılır. İstilik fərqi nə qədər böyük olsa o qədər çoxlu qaz yarpağın içinə axır. Məsələn, Amazon zambağında ən yüksək nisbət saatda 30 litr qaz olaraq ölçülmüşdür.



Termoosmoz, "Knudsen diffuziyası" olaraq xatırlanan fizika qaydasına əsaslanır. Normal şərtlərdə iki fərqli bölmədə olan qazlar məsaməli bir baryerdən keçərək sərbəst şəkildə gəzirlər. Ancaq 1 mikrometrdən (metrin milyonda biri) kiçik məsamələr bu axını dayandırır. İstilik baxımından tarazlıq vəziyyətini təmin etməyə çalışan qazlar soyuq hissədən daha isti olan hissəyə doğru axırlar.


Termoosmoz mühərriki havanı bitki içində elə güclü bir təzyiqlə çatdırır ki, bəzən qazın köklərindən şarcıqlar yaradaraq çıxdığı görünür. Bu udmaq-üfləmə dövrəsi qazların köhnə yarpaqlardan çölə verilməsiylə tamamlanır. Bu yaşlı yarpaqlar artıq havanı içəriyə çatdırmazlar; çünki məsamələri lazım olduğundan çox genişləndiyi üçün qazları tuta bilməzlər, beləcə qazlar bu yolla çölə çıxırlar. Göründüyü kimi bitkinin sahib olduğu hər xüsusiyyət onun üçün həyati bir əhəmiyyət daşımaqda və hər birinin əvvəlcədən hesablanaraq hazırlandıqları açıq şəkildə aydın olur.


Bu ventilyasiya sistemi yalnız sualtındakı kökləri canlı saxlamaq baxımından deyil, ekoloji olaraq da böyük əhəmiyyətə malikdir. Dərin suların dibində yığılan tortalar çox vaxt oksigensiz qalırlar. Buna görə dəmir hidroksit kimi, bitkilərə zərər verən kimyəvi maddələr çıxarırlar. Su bitkiləri köklərindən sızdırdıqları oksigenlə bu maddələri oksidə parçalayaraq zərərsiz hala gətirirlər. Bu oksigen sızıntısı sayəsində köklərin ətrafındakı torpaq zənginləşərək canlıların yaşamasına uyğun bir hala gəlir və beləcə suyun dibi təmizlənmiş olur. Bu da dünyadakı bütün eko-sistemə doğrudan təsir edən və canlılığa dəstək olan kompleks bir sistem meydana gətirir.


Göründüyü kimi, yaradılışın ən kiçik təfərrüatlarında belə iç-içə keçmiş möhtəşəm və qüsursuz sistemlər işləməyir. Bu incəliklərin hər biri dərin düşünənlərə sonsuz elm sahibi olan Allahın yaradışındakı ehtişamını göstərir:


O, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik. Onlardan həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin. Həqiqətən, bunlarda başa düşənlər üçün dəlillər vardır. (Taha surəsi, 53-54)


Soyuqdan Təsirlənməyən Yarpaqlar


Şimal yarım kürənin böyük hissəsi meşələrlə örtülmüşdür. Ümumiyyətlə, qozalı ağaclardan ibarət olan bu meşələr daha çox soyuq iqlim şərtləri altındadır. Bitkilərin bu soyuq iqlimə qarşı dözümlü ola bilmələri üçün digər bitkilərdən fərqli bəzi xüsusiyyətlərə sahib olmaları lazımdır. Məsələn, qış mövsümündə, torpaq donmuş halda ikən ağac kökləri torpaqdan su ala bilməzlər. Bu şərtlər altında yaşayan ağaclar qış susuzluğuna dözümlü olmalıdırlar. Bu dözümlülüyü ağacın yarpaqları təmin edir. Bir çox qozalı ağacın tökülməyən yarpaqları sərt və dözümlüdür. Yarpaqların üzərindəki mumlu səth, suyun buxarlanma yolu ilə itkisini azaldır, bu da yarpaqların tökülməsini və ya suyun təzyiqindən solmasının qarşısını alır. Həmçinin qozalı ağacların yarpaqlarının çoxu iynə şəklindədir və soyuğa qarşı çox dözümlüdür.

Yuxardakı paraqrafda yarpaqların üzərlərinin muma bənzər bir maddə ilə örtülü olduğunu və buna görə yarpaqların su itirmədiklərindən bəhs edildi. Təkcə bu nöqtə üzərində düşünmək də bizə yaradılışın dəlillərini göstərəcək.


Yaşayan hər canlı kimi yarpaq da hüceyrələrdən meydana gəlmişdir. Yarpağı meydana gətirən bitki hüceyrələri bütün digər hüceyrələr kimi şüursuz və ağılsız varlıqlardır. Yarpağın üzərini örtən muma bənzər təbəqə də yenə şüursuz hüceyrələr tərəfindən çıxarılmışdır. Halbuki, yarpaq sanki çöldən fırça ilə boyanmış və laklanmış kimi hamar bir mum təbəqəsinə malikdir.


Bu vəziyyətdə yarpağı meydana gətirən milyonlarla hüceyrə bir yerə yığışıb, yarpağın xarici səthini bu təbəqə ilə örtməyə qərar vermişlər. Sonra hüceyrələrin qeyri-adi şəkildə uyğunlaşaraq yarpağın xarici səthini mum təbəqəsi ilə örtmələri lazımdır. Bu vəziyyətdə düşünən hər insan bu sualları soruşacaq:

Yarpaqları meydana gətirən şüursuz hüceyrələrin bu şam təbəqəsini çıxarmağı ağıllarına necə gəlmişdir?


Hansı ağıl, məlumat və qabiliyyət ilə yarpağın üzərini, heç bir əyri-əksiklik olmadan və ya boşluq qoymadan, mum təbəqəsi ilə örtmüşlər?

Yarpaqlar bu mum təbəqəsinin onları soyuqdan qoruyacağını haradan bilirlər?


Əlbəttə, bu sualların tək bir cavabı vardır. Yarpaq və yarpağı meydana gətirən hüceyrələr Allah tərəfindən yaradılmış və bu hüceyrələrin genetik proqramlarına lazımlı bütün məlumatlar Allah tərəfindən yazılmışdır. Hüceyrələr də bu məlumat istiqamətində, ən ideal düstura sahib muma bənzər maddəni çıxarır və bu maddəni ən ideal nisbətlərdə birlikdə ifraz edirlər. Beləcə yarpağın üzəri hamar bir şəkildə mum təbəqəsi ilə örtülmüş olur. Qışda yarpaqlarını tökən ağacların əksinə, yarpaqlarını tökməyən bu bitkilər hər bahar mövsümündə yeni yarpaqlar açaraq enerjilərini artırırlar. Kifayət qədər ilıq bir hava olduğunda da fotosintez edə bilər və qısa yaz aylarında enerji qaynaqlarını törəmək üçün artırırlar.


Diqqət yetirilməsi lazım olan bir başqa nöqtə də qozalı ağacların konus formasındakı şəkilləridir. Bu da -yer üzündəki hər incəlikdə olduğu kimi-xüsusi olaraq yaradılmış bir təfərrüatdır.


Arxitektura və inşaat mühəndisliyi sahəsində, xüsusilə binaların dam hissələri qurularkən, nəzərdə tutulan ən əhəmiyyətli nöqtələrdən biri qar yüküdür. Normal şərtlərdə yalnız öz yüklərini və külək yükünü daşıyan damlar, güclü yağan qardan sonra olduqca yüksək qar yükü təsiri altında qalırlar. Xüsusilə, sənaye strukturların və körpülərin dizaynlarında bu qar yükünün təsiri nəzərə alınmaq məcburiyyətindədir. Buna görə də damlara xüsusi bir əyim verilərək tikilir və daşıyıcı sistemlər qar yükü nəzərə alınaraq gücləndirilir. Xüsusilə qışda böyük hissəsinin qar altında keçdiyi İsveçrə, Danimarka, Norveç kimi şimal ölkələrində evlərin hamısına yaxınının damı konus formasında və bu mühəndislik hesabı nəzərə alınaraq tikilir. Yoxsa qar yükü damın və binanın üzərində ciddi ziyanlara səbəb olar.


Qozalı ağacların şəkilləri araşdırıldığı zaman insanoğlunun mühəndislik hesablarıyla, qar yükünə qarşı gördüyü tədbirin, ağaclarda onsuz da olduğunu görərik. Ağacın konus şəklinin meydana gətirdiyi əyrilik, üzərinə düşən qarın asanlıqla yerə tökülməsini təmin edir. Beləcə ağacın üzərində həddindən artıq miqdarda qar toplanmaz; ağac budaqlarının qırılmasının qarşısı alınır. Bu üzərində düşünüləsi lazım olan bir nöqtədir. Soyuq iqlimlərdə qar yükünün budaqlar üzərində meydana gətirəcəyi təsiri hesablayan, buna görə ağac budaqlarının ən ideal bucaq ilə böyümələrini təmin edən, beləcə qar yükünün təsirini ən minimala endirən ağıl kimə aiddir?


  • Ağacamı?
  • Ağacı meydana gətirən bitki hüceyrələrinəmi?
  • Torpağamı?
  • Yoxsa şüursuz, kor təsadüflərəmi?

Əlbəttə, ağaca bu dizaynı verən, ağacı da, bitki hüceyrələrini də, torpağı da yoxdan var edən Allahdır.


Bu dizaynın bir başqa möcüzəvi istiqaməti daha vardır. Bu istiqamət yağan bütün qarın aşağı düşməsinə icazə verməz. Ağacın budaqları üçün təhlükəyə səbəb olmayacaq miqdarda qarın budaqların üzərində qalmasına imkan verir. Bu da başqa bir məqsədə xidmət edir. Ağacın üzərində az miqdarda tutulan qar ağacı soyuqdan qoruyan bir örtü funksiyası yerinə yetirir və yarpaqlardan nəmin çölə çıxmasını azaldaraq su itkisinin qarşısını alır.


Bura qədər verdiyimiz nümunələrdən də aydın olduğu kimi, hər cür mühitin o mühitə xas bitkiləri vardır. Bu bitkilər sahib olduqları xüsusiyyətlər sayəsində həddindən artıq soyuqdan və ya həddindən artıq istidən qorunur, nəmişlikdən quruya qədər hər mühitdə yaşaya bilirlər. Mühitin xüsusiyyətlərinə görə hazırlanmış bu bitkilərin istifadə etdikləri üsulların hər biri üstün bir dizayn nümunəsi olduğu kimi, birinin istifadə etdiyi üsul digərinə bənzəyir. Məsələn, kaktus özünü tikanlarla müdafiə edərkən, daş bitkisi kamuflyaj texnikasından istifadə edir. Qozalılar yarpaq tökmədikləri halda, digər ağaclar qışda yarpaqlarını tökürlər. Bu nümunələri artırmaq mümkündür. Ancaq bunu unutmamaq lazımdır ki, yer üzündə bir-birindən fərqli 500 mindən çox bitki vardır. Bunların az qala yarısı çiçəkli bitkidir, bu bitkilərin indiyə qədər 10%-i belə təfərrüatlı olaraq araşdırıla bilməmişdir. Araşdırılan bitkilərin isə hər biri özünə xas xüsusiyyətlərə, heyranlıq oyadan dizaynlara və həyatda qalma üsullarına sahibdirlər. Bitkilər bu müxtəliflik və fərqli strukturlarıyla Yaradıcıları olan Allahın sonsuz elm və sənətini sərgiləyirlər. Bir ayədə belə buyurular.


O, göyləri dirəksiz yaratmışdır, bunu görürsünüz. Yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora növbənöv heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik.

 (Loğman surəsi, 10)



Sarılan Yarpaqlar



Sarılan və dırmaşan bitki növləri insanda heyranlıq oyandıran bir çox xüsusiyyətlə təchiz edilmişlər. Xüsusilə, sarmaşıqların enerjilərinin bir qismini istifadə edərək meydana gətirdikləri "tendril" (zəli) adı verilən yarpaq növü, tam bir dizayn möcüzəsidir.


Tendriller toxunmağa qarşı həssas yarpaqlardır. Bir qol kimi irəliyə uzana bilən bu yarpaqlar, sanki bitkiyə dəstək ola biləcək bir obyekt axtarırlar. Belə bir obyektə rast gəldiklərində isə toxunaraq onu analiz edir və əgər uyğunsa oraya dolanmağa başlayırlar.

Bu nöqtədə bir az dayanıb düşünmək lazımdır. Bir bitki və ya bir heyvan üçün, biologiya, zooloji və ya botanika kitablarında "analiz edir", "araşdırır" "anlayır" kimi bir çox ifadədən istifadə edilir. Ancaq heyvanlar və bitkilər, heç bir şüura sahib olmayan, analiz etmə, anlama, qərar vermə, tətbiq, iradə göstərmə kimi xüsusiyyətlərdən tamamilə məhrum varlıqlardır. Elə isə, bir bitki bir obyekti necə analiz edir? Dolanması üçün uyğun olub olmadığını hansı şüur, ağıl və məlumat ilə anlayar? Bu analizi edən, bitkinin hüceyrələridir. Gözlə görülməyəcək qədər kiçik, əli, beyni, məlumatı və ağılı olmayan hüceyrələr, analiz etmə ehtiyacını haradan hiss edir, sonra da bu analizi hansı alətlərlə, hansı ölçüləri istifadə edərək qururlar? Bu sualların hər biri, hər canlının Allah tərəfindən lazımlı xüsusiyyətlərlə yaradıldığını və Allahın əmrinə uyğun gələrək yaşadığını göstərər.


Tendrillərin bu heyrətləndirici əməliyyatı nə üçün etdikləri, qısa bir müddət əvvəl qismən də olsa aydın olmuşdur. Əksərən sıx ağaclı meşələrdə olan tendrillərin sarmaşması səbəbi günəş işığına çatmaqdır. Beləcə, fotosintez edə bilir və daha çox böyüyə bilirlər. Böyüdükcə ətraflarındakı bitkilərdən daha yüksəyə çıxırlar və beləcə də işığı daha çox alırlar. Bu həm enerji qazanmalarını artırır, həm də çiçəklərinin daha uyğun bir ətrafda döllənməsini təmin edir (18).


Bu bitkilərin fərqli dırmaşma metodları və bu iş üçün xüsusi yaradılmış orqanları vardır. Bir sarmaşığın ən sadə dırmaşma üsulu bir dəstəyin ətrafına bürünməkdir. Bu dəstək başqa bir bitki və ya bərk bir cisim ola bilər. İçindəki fərqli kimyəvi maddələrin və təbii strukturların ortaya çıxardığı mexanizmlər, bitkinin işığı, cazibəni, toxunmağı və istiliyi hiss etməsini təmin edir. Bitki bunlara yenə eyni mexanizm sayəsində hərəkətləriylə reaksiya verir. Bu reaksiya ümumiyyətlə bitkinin böyüməsidir. Bir filizin böyüyərkən dairəvi qövslərlə hərəkət etməsi də bu toxunuşların təsiriylə meydana gəlir. Dairə çəkən filiz bir dəstəyə toxunar-toxunmaz təmasda olduğu səthin tam tərsi istiqamətə inkişaf edər. Çünki filizin təmasda olduğu səth, onun daxilə doğru bükülməsinə gətirib çıxarır. Beləcə filiz dəstəyin ətrafında dolanaraq böyüməyə başlayar. Həmçinin, səthlə ilk təmasda olduğu yerdən daha uzun və daha sürətli bir şəkildə böyüyür. Böyümə o qədər sürətlidir ki, bir neçə saatlıq müddətdən sonra gözlə görüləcək qədər hala gəlir.


Bitkinin istifadə etdiyi üsul olduqca ağıllıdır. Əgər bitki ağacın ətrafına sarılmadan, doğrudan yuxarı doğru boy atsa, uzunluğu bir neçə metrə çatmadan gövdəsi ağırlığına dözə bilməyəcək və qırılacaq. Daha yüksəyə çatmağın və ağırlığından dəstəkləndiyi obyektə daşımağın, bunu edərkən də qırılmamağının tək yolu, dəstəkləndiyi obyektin ətrafına sarılaraq böyüməkdir. Yaxşı bitki bunu haradan bilir? Üstəlik, dünyanın hər yanında, milyonlarla ildir bu bitkilər eyni şəkildə böyüyür, harda olsalar da, mütləq bir yerə özlərini qucaqlamaqdadırlar. Bitkinin hər səfərində bu ən ideal yoldan istifadə etməsi, şübhəsiz, bitkinin yaradılışından sahib olduğu möcüzəvi bir xüsusiyyətdir.


Sarmaşıqların bir cisimin ətrafına dolanaraq böyümələrini bir qədər sürətlə izləsək, çox şüurlu, nə etdiyini bilən bir davranışla qarşılaşarıq. Sarmaşıqlar bu xüsusiyyətlərinə görə, qədimdən bəri bir çox əhvalat və əfsanənin mövzusu olmuşlar. İnsanlara bu qədər təsir edən, torpaqda sabit dayanan, görməyən, eşitməyən bir bitkinin sanki ətrafını görürmüş və eşidirmiş kimi qollarını uzadaraq ətrafındakı obyektləri yoxlaması, onları tanıması və uyğun olanları özü üçün istifadə etməsidir. Bütün bu şüur ehtiva edən əməliyyatları bir bitkinin edə bilməyəcəyini düşünən insanlar, bu bitkinin içində ona nəzarət edən ağıllı və şüurlu bir varlığın varlığına inanmışlar, sarmaşıqlar üzərinə hekayələr uydurmuşlar. Həqiqətən də, şüursuz bir bitkinin ətrafındakı varlıqları sanki görə bilirmiş kimi araşdırması, sonra birinə sarılması heyranlıq və heyrət oyandırır. Bu bitkilərin toxunma hissləri o qədər güclüdür ki, yabanı balqabaq növü olan Bryonia dioicanı araşdıran tədqiqatçılar, bu bitkinin səthində olan toxunmağa qarşı həssas kiçik strukturların insanın barmaq ucundan daha həssas olduğunu kəşf etmişlər (19). O halda düşünməli olan sual budur: Bu şüurlu davranışları, gözü, qulağı hətta bir beyni belə olmayan bitkiyə etdirən kimdir? Cavab açıqdır: Bitkini hazırlayan, onun bütün hərəkətlərini və mexanizmlərini təşkil edən, o bitkini sonsuz bir elmlə yaradan Allahdır.


Ətyeyən Yarpaqlar


Etobur yarpaqlar ən maraqlı xüsusiyyətlərə sahib olan yarpaqlardır. Kisə, qıf, sürahi kimi şəkillərə sahib olan bu yarpaqlar böcək tuta bilər, böcəklərə yuva ola və ya su yığa bilərlər.

Etobur bitki böcək kimi canlıları çəkən, tutan, öldürən və daha sonra da ovunu parçalayaraq faydalı hissələrini həzm edən bitkidir. Bir çox bitki bu mərhələlərin bəzilərini tətbiq edir. Məsələn, bəzi çiçəklər böcək, quş kimi dölləyiciləri özlərinə çəkirlər. Orkide, su zanbaqları kimi bəzi bitkilər isə böcək kimi dölləyiciləri qısa müddət üçün tələyə salarlar, amma bu bitkilərin heç biri bu heyvanları yeməzlər. Bu böcəkləri yalnız döl götürmək üçün istifadə edirlər. Qısası, bunlar etobur bitki deyil; çünki etobur bitki olmaq üçün bitkilərin bu canlıları həzm etmələri lazımdır.

Etobur bitkilər, ovlanarkən yarpaqlarından istifadə edirlər. Bunlardan ən maraqlı olanı Disçidia rafflesiana adlı bitkidir. Bu bitki tam olaraq etobur sayılmasa da, etobur bitkilərin tətbiq etdiyi üsullardan bir qismini tətbiq edir. Sürahi şəklindəki yarpaqlarıyla qarışqalara yuva funksiyası daşıyan bu bitki çox sıx koloniyalar halında yaşayan qarışqaları yeməz. Ancaq onları bəsləyər və qarışqaların artıqlarından əldə etdiyi azotu qida olaraq istifadə edir. Qarışqalar isə həm hazır bir yuvanı istifadə etmiş, həm də bitkiyə zərər verən canlıları aradan qaldırmış olarlar. Həmçinin, Disçidianın kisələrində yığdığı su, kisənin daxili səthində olan əlavə köklər tərəfindən sovuraraq istifadə edilən hala gəlir (20).

Etobur bitkilərdən olan Pinguicula (yağ çanağı) kimi bitkilər yapışqan və sürüşkən səthli yarpaqlarıyla üzərlərinə qonan böcəkləri lifli bir epidemiyanın içinə salarlar. Bu epidemiyanın içində olan protaza, lipaza və turşu fosfataz kimi fermentlər böcəyi parçalayaraq həzm edilməsini təmin edirlər (21).

Aktiv yapışqan yarpaqlara sahib olan Drosera, ucları yapışqan və qırmızı bir növ piqment ehtiva edən uzun və qısa tükləriylə ovlanır. Yarpağın ortasında olan qısa tüklərə toxunan böcək, bu siqnalın uzun tüklərə çatdırılmasıyla tələyə düşmüş olur. Yarpaq bir əlin ovuc içinə qapanması kimi qatlanaraq böcəyi həzm edir.

Bütün bitkilər müəyyən nisbətdə hərəkət edirlər; ancaq etobur bitkilərin hərəkətləri olduqca sürətli və təsirlidir. Bitkilərin əzələ sistemləri olmadığına görə bunu necə bacarırlar? Bu iş üçün etobur bitkilər iki ayrı mexanizmdən istifadə edirlər. Birincisi, Venera bitkisində görülən və su təzyiqinin dəyişməsiylə hərəkətə keçən mexanizmdir. Yarpaq üzərindəki tüklərə toxununca hərəkətə keçən bu sistemdə, daxili divarda olan hüceyrələr suyu xarici hüceyrələrə transfer edirlər. Bu, yarpağın bir anda bağlanmasını təmin edir. İkinci növ hərəkət isə, hüceyrə inkişafıyla dəstəklənmişdir.


Günəş gülü Sundevin caynaqları isə, ova doğru bükülür; çünki caynaqların bir tərəfindəki hüceyrələr, caynağın digər tərəfindəki hüceyrələrdən daha çox böyümüşlər. Bu tələdə çiçəyin üzərindəki lamisələrin ucundan ifraz olunan maddələrin yaydıqları qoxuyla caynaqlara gələn böcək buradakı yapışqan maddəyə tutulur. Bu andan etibarən tələ hərəkətə gəlir, ortadakı qısa lamisələri çöl tərəfində olan daha uzun lamisələr bir qəfəs kimi böcəyin üzərinə bağlanırlar. Böcək bu tələnin içində müxtəlif fermentlərdən istifadə edilərək həzm edilir.

Bir yarpağın böcək tutmaq üçün xüsusi bir tələ hazırlamasının nə mənanı verdiyini bir anlıq düşünək. Hər şeydən əvvəl bir bitki niyə qeyri-adi qidalanaraq, böcəkləri ovlamaq ehtiyacını hiss edir?

Təkamülçülər etobur bitkilərin də digərləri kimi təsadüfən inkişaf edən təbiət hadisələri nəticəsində belə bir xüsusiyyət qazandığını qarşıya qoyurlar. Ancaq bir bitki üçün necə bir hadisə rast gəlməlidir ki, bu bitki çox sürətli hərəkət edən yarpaqlara, böcəkləri həzm edə bilən fermentlərə sahib olsun? Üstəlik, hər etobur bitki, şərtlərə uyğun olan fərqli xüsusiyyətlərə malikdir. Bunun üçün, məsələn, Drosera bitkisinin usta bir ovçu olmazdan əvvəl müəyyən mərhələlərdən keçməsi lazımdır. Əvvəlcə ətrafda gəzən böcəkləri, ağcaqanadları müəyyən etməli və bu canlıları xüsusi bir laboratoriya testindən keçirdikdən sonra, bunların zəif istiqamətlərini, hansı qoxulardan və rənglərdən təsirləndiklərini, anatomik strukturlarını və onları necə həzm edə biləcəyini qərarlaşdırmalıdır. Daha sonra, bu böcəklərin gəzdikləri bölgəylə əlaqədar kəşf edib harada yerləşməsi lazım olduğunu müəyyən etməlidir. Ancaq bundan sonra daha da çətin bir mərhələylə qarşılaşır. Öz kimyəvi və bioloji quruluşunu əldə etdiyi məlumatlara görə dəyişdirməsi lazımdır. Yəni bitkinin həm rəngini dəyişdirəcək kimyəvi piqmentlərə, həm qoxusunu dəyişdirəcək ifrazat bezlərinə ehtiyacı vardır. Həmçinin ağcaqanadın düşdüyü zaman xilas ola bilməyəcəyi bir tələ hazırlamalıdır. Bunun üçün lazımlı mühəndislik işlərini etdikdən sonra yapışqan tüklər, sürüşkən bir səth və dibi su dolu bir çanaq, bu tələni tamamlayan bir qapaq və tələni hərəkətə gətirən açarları tək-tək hazırlamalıdır. Bu vaxt böcəyi necə həzm edəcəyini də düşünməli və bu iş üçün lazımlı fermentlərdən istifadə etməyə qərar verməlidir.

Yuxarıdakı ssenarinin ağıl və məntiqdən kənar olduğunu hər ağıl sahibi insan bilir. Bütün bitkilər kimi etobur bitkilər də nə bir beynə, nə gözə, nə də ağla və şüura malikdir. Belə kompleks bir dizayn bir bitki deyil, mövzunun mütəxəssisi olan bütün elm adamlarının bir yerə yığışmasıyla da yaradıla bilməz. Bu üstün dizayn çox açıq şəkildə aydın olduğu kimi, nümunəsiz yaradan, sonsuz bir elm və güc sahibi olan Allah tərəfindən var edilmişdir. Yer üzündəki ən ağıllı canlı olan insan belə nümunəsiz heç bir şey yarada bilməz. Rəssam gördüklərini çəkərkən, elm adamı da ancaq mövcud olanı araşdırır. Halbuki, sonsuz gücün sahibi olan Rəbbimiz, heç bir nümunə əldə etmədən Yaradandır. Bu həqiqət Quranda belə ifadə edilmişdir:


Göyləri və yeri (bir nümunə əldə etmədən) yaradandır. O, bir işin olmasına qərar versə, ona yalnız "OL" deyər, o da dərhal olar.

(Bəqərə surəsi, 117)



Yediyimiz Yarpaqlar


İnsanların bir çoxunun zənn etdiyi kimi yarpaqların tək funksiyası həyat üçün lazımlı olan oksigeni təmin etmək deyil. Yediyimiz, içdiyimiz və iylədiyimiz şeylərin əhəmiyyətli bir hissəsi yarpaqlardan əmələ gəlir. Yarpaqlarını yediyimiz tərəvəzlər, növ-növ qoxu və dadlarıyla içdiyimiz çaylar gündəlik qidalanmamızın ən əhəmiyyətli hissələrindən biridir. Bir qida qaynağı olmasının yanında tərəvəzlər, C, A, tiamin, niasin, folik turşu kimi vitaminlərlə; kalsium, fosfor, dəmir, natrium, kalium kimi minerallarla; həll olunan və həll olunmayan liflərlə zənginləşmiş məzmunu, az yağlı və az kalorili olmaqla insanın sağlam qidalanması üçün xüsusi olaraq yaradılmış nemətlərdir. Həkimlərin tərəvəz və meyvə istehlakını sağlamlıq üçün zəruri hesab etmələrinin səbəbi də budur. Allahın insanlar üçün yaratdığı bir nemət olaraq, təbiətdə olan bir çox bitki, baş ağrısından xərçəngə qədər bütün xəstəliklərin müalicəsində istifadə edilən maddələri ehtiva edir. İnsan bədənində element kimi öz funksiyasını yerinə yetirən 20 növ amin turşusu vardır. Bədən bu 20 aminoasidin 8-ni sintez edə bilməz; buna görə bu maddələr qidalanmayla bədənə qəbul edilməlidir. Bütün tərəvəzlər bu amin turşularını müəyyən miqdarlarda qarşılayar. Bu bitkilər insan bədəni üçün xüsusi olaraq hazırlanmış strukturlarıyla, düzgün qəbul edildiyi təqdirdə heç bir əks təsirə və heç bir zərərə gətirib çıxarmadan, yalnız insana sağlamlıq qazandıracaq və ehtiyaclarını aradan qaldıracaq xüsusiyyətlərə sahibdirlər.

Hər gün yediyimiz, süfrələrimizi bəzəyən, görünüşləriylə və dadlarıyla xoşumuza gedən yarpaqlar istər formaları, istərsə də məzmunlarıyla xüsusi hazırlanmışlar. Məsələn, kələm (Brassica oleracea) növü tərəvəzlərdəki qat-qat ətli yarpaqlar, tərəvəzin təzəliyini uzun müddət qorumasını təmin edir. Xarici yarpaqlar korlansa belə daxili yarpaqların pozulması uzun zaman alır. Kalsium, C, B1, B2, B12 vitaminləri bu cür bitkilərdə bol miqdarda olur. Həmçinin, karbonhidrat, sellüloza, zülal, faydalı duzlar kimi insan bədəni üçün lazımlı maddələrə sahib olmalarına baxmayaraq kaloriləri çox aşağıdır (22).

Yediyimiz yarpaqlara bir başqa nümunə də ispanaqdır. İspanaq A, B1, B2, C, K vitaminləri, zülallar, sellüloza kimi maddələrin yanında, bol miqdarda dəmir saxlayır (23). İspanaq, pərpərtöyün, kahı, ənginar, gülkələmi, ağılınıza hansı tərəvəz gəlirsə gəlsin, hamısı yarpaq şəkilləri, asan yetişmə və qidanı qorumaq xüsusiyyətləriylə yaradılış möcüzəsidir. Həmçinin, bunların hamısı qidalandırıcı-doyurucu xüsusiyyətləri və dadlarıyla insan üçün xüsusi olaraq yaradılmış bir nemətdir.

Yediyimiz tərəvəzlərin yanında, içdiyimiz və yeməklərimizə dad vermək üçün istifadə etdiyimiz yarpaqlar da vardır. Bu kiçik yarpaqların böyük bir qismi isə Allahın təbiətdə bizim üçün yaratdığı xüsusi dərman kimi öz funksiyasını yerinə yetirərlər. Məsələn, torpaq olan hər yerdə yetişən, vitamin, xüsusilə də C vitamini baxımından ən zəngin bitki olan cəfəri bunlardan biridir. Kəklikotu da çox sıx istifadə etdiyimiz bir yarpaqdır. Qədimlərdən bəri yoluxucu xəstəliklərə, vəba epidemiyalarına qarşı ən çox bu qoxulu bitkilərdən istifadə edilərdi. Bu gün edilən araşdırmalarla kəklikotunun güclü bir antiseptik olduğu aşkar olmuşdur. Kəklikotu yağı, çox güclü bir mikrob öldürücüdür. Timol adı verilən kəklikotu yağı dərman istehsalında geniş istifadə edilir. Digər qidalandırıcı xüsusiyyətləri ilə bərabər qrip, soyuqdəymə, angina kimi xəstəliklər zamanı, iştah açıcı olaraq zəif uşaqların müalicəsində və xəstəlikdən sağalanların canlanmasında kəklikotundan istifadə edilir (24).

Dəfnə, reyhan, tərxun, şüyüd, yarpız, üzüm, nanə kimi şəfalı bitkilərin sayı o qədər çoxdur ki, bu mövzuda yazılmış ensiklopediyalarda mindən çox bitki növündən və bitkilərin üstün xüsusiyyətlərindən bəhs edilir. Müasir dövrdə yenidən araşdırılan bu bitkilərlə xərçəngdən rematizmə, dəri problemlərindən səs batıqlığına qədər bütün xəstəliklərə çarə axtarılır.

Çay olaraq içdiyimiz çay bitkisi, adaçayı, çobanyastığı, berqamot kimi yarpaqlar da həm dadları, həm də müalicəvi xüsusiyyətləriylə bu şəfalı bitkilərin arasında yer alırlar. Məsələn, adaçayına latıncada “Salvia salvatrix”, yəni "can qurtaran ot" adı verilmişdir. Antiseptik olaraq istifadə edilən bu bitki, gecə tərləmələrinin, qripin, əsəbiliyin, gərginliyin qarşısını alan, sakitləşdirici xüsusiyyətlərə malikdir (25).

Bitkilərin bu şəfa verici xüsusiyyətləri, onların insanlar üçün Allah tərəfindən bir nemət olaraq yaradıldıqlarının ən açıq dəlilidir. Bir qidanın yeməli olması, özünün istifadə etmədiyi və yalnız insanlara xidmət edən maddələri yığması, dünyadakı milyardlarla insanı qidalandıracaq qədər bol, məşhur və asan olaraq yetişməsi, insanın bu qidaları əldə etmək üçün çoxlu səy göstərməməsi, bitkilərin bir-birləriylə qarışaraq yalnız insan üçün mənası olan dadları meydana gətirmələri Allahın böyük möcüzələrindəndir. Allah Quranda bu nemətini düşünən insanlara belə bildirmişdir:

Sizi yaradan Odur. Kiminiz kafir, kiminiz də mömindir. Allah nə etdiklərinizi görür. O, göyləri və yeri ədalətlə yaratdı, sizə surət verib onları gözəl şəklə saldı. Dönüş də Onadır. O, göylərdə və yerdə olanları bilir. Sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah kökslərdə olanlardan agahdır. 
(Təğabun surəsi, 2-4)



İylədiyimiz Yarpaqlar


Gözəl qoxular haradan gəlir? Yeməkdəki ədviyyatın, bağçadakı çiçəklərin, meyvələrin, tərəvəzlərin, min bir növ otun qoxularının qaynağı nədir? Qoxu; gözəl hisslər oyandırmaq, rahatlaşdırmaq, iştah açmaq kimi insan ruhunda əks olunan müxtəlif təsirlərə sahib bir möcüzədir. İnsan üçün böyük bir nemət olaraq yaradılan qoxular kompleks kimyəvi mürəkkəblərdir. Hər qoxu çox həssas miqdarlarla bir yerə toplanmış elementlərdən meydana gəlir. Bitkilərə qoxu verən maddələrə "uçucu yağlar" adı verilir və bu yağlar, bitkinin adıyla adlandırılır; məsələn, gül yağı və ya kəklikotu yağı kimi. Gənc bitkilər, yaşlı bitkilərdən daha çox yağ çıxarırlar; yaşlı bitkilər isə, daha qatranlı və tünd yağlara sahibdirlər. Çünki yüngül mayelər aşağı temperaturda belə buxarlandıqdan sonra geriyə qalın və asan buxarlanmayan yağlar qalır.

Araşdırmaçıların apardıqları işlərdə, bu yağların bitkidəki funksiyası tam olaraq aydın olmamışdır. Ancaq böcəkləri çəkmək üçün istifadə edildikləri qəbul edilir. Parfümeri, kosmetik məhsulları, sabun, yuyucu kimi məhsullarda; yemək, şirin istehsalında bitki yağlarından istifadə edilir.

Yağlar bitkinin yaşıl hissələrində meydana gəlir və bitkinin yetkinləşməsiylə digər toxumarala, xüsusilə də çiçək filizlərinə daşınırlar. Bu qoxuların necə meydana gəldiyini araşdırdığımızda, qarşı-qarşıya qaldığımız sistemin kompleks və həssas quruluşu qarşısında heyrətə düşürük. Aparılan araşdırmalarda bitkilərin qoxu istehsalının bitkinin növünə, mövsümə, işıq vəziyyətinə və istiliyə görə dəyişdiyi və bitkilərin bu istehsal üçün 100-ə yaxın fərqli kimyəvi qarışıqdan istifadə etdikləri müəyyən edilmişdir. Müəyyən edilən qarışıqlarla yanaşı, hələ araşdırılmamış bitkilərin də özlərinə xas qarışıqları olduğu düşünülür.

Hanımeli, İspanyol yasemini, leylak ve zambak gibi çiçekler kokularının güzelliği ile bilinirler. Bu çiçeklerin yapraklarının üst kısmında koku vermek için özel olarak görev almış salgı hücreleri vardır.

Bu qarışıqlar çıxarılarkən bitkilərin içində ancaq kimya laboratoriyalarında rast gəlinən bir iş görülür. Bitki özüylə bitkinin qabıq qisminə yaxın olan ifrazat vəzilərinə müxtəlif kimyəvi maddələr daşınır. Bu maddələr, hələ tam olaraq aydın olmayan mexanizmlə, ifrazat vəzilərindəki fermentlər tərəfindən, müəyyən miqdarlarda bir yerə toplanılır və ortaya çoxlu fərqli qoxular çıxır. Yəni ifrazat vəziləri eynilə kimyagər kimi işləyərək, fərqli elementləri bir-birinə qarışdırırlar. Və bu kimyəvi qarışıqları ilə gülün, cökənin, doqquzdonun mükəmməl qoxusunu meydana gətirirlər. Bu gün inkişaf etmiş laboratoriyalarda ətir, dezodorant, sabun qoxusu hazırlayan kimya mühəndisləri isə bu ifrazat vəzilərinin etdiklərini təqlid edərək, gözəl qoxular almağa çalışırlar. Bu çox böyük bir möcüzədir. Ağıl, şüur, təhsil və texnologiya sahibi insan, gözlə görünə bilməyəcək qədər kiçik, cansız və şüursuz atomlardan ibarət olan bir ifrazat vəzisini təqlid edərək, ortaya bir gözəllik çıxarmağa çalışır. Bitki ilə müqayisə edildiyində sahib olduğu bütün üstünlüklərinə baxmayaraq, insan istehsalı olan heç bir qoxu, əsli ilə eyni gözəlliyə və keyfiyyətə sahib ola bilmir, ən çox "yaxşı bir təqlid" edə bilirlər.


Bu qoxular daha sonra yenə ifrazat toxumalarına bağlı kanallarla yarpaq səthindən uçaraq havaya qarışır. Gül, zanbaq, yasəmən çiçəklərinin yarpaqlarının üst qismində bu iş üçün xüsusi olaraq vəzifələnmiş ifrazat hüceyrələri vardır. Lavantada bu hüceyrələr bitkinin bütün hissələrinə yayılmışdır. İfrazat hüceyrələri qoxunu yaymaq üçün çox incə və həssas tüklərdən istifadə edirlər. Bu tüklərin ucundakı hüceyrələr yağ-qatran qarışığı uçucu mayelər ifraz edirlər. Bu sistemə daxili ifrazat hüceyrələrini, ifrazat kisələrini və ifrazat kanallarını da əlavə edincə qarşımıza, kiçik yarpağa sığdırılmış heyranlıq oyadan bir dizayn çıxar. Bitkinin qoxusunu ətrafına yayması, insanların çox böyük zövq aldıqları bir nemətdir. Bir bağçaya girdiyinizdə, içinizə çəkdiyiniz xoş ətirli qoxu, yarpaqlarda olan bu qüsursuz dizayn sayəsində sizə çatır. Əgər yarpaqlardakı bu nizam olmasaydı, çiçəklər qoxularını ətraflarına yaymayacaq, təkcə öz üzərlərində saxlayacaqdılar. Görəsən, bitkilərə qoxularını ətraflarına yaymalarını bildirən və onları bu şəkildə hazırlayan güc, ağıl və sənət kimə aiddir? Bu üstünlüklərin hamısı sonsuz mərhəmət və şəfqət sahibi Rəbbimizin əsəridir.

Qoxu istehsalında çox incə hesablamalardan söhbət gedir. Bu əməliyyat əsnasında son dərəcə kompleks quruluşlu molekullar çıxarılır. Məsələn, İspan jasmini (Jasminum grandiflorum), qoxusunu yaratmaq üçün 10 fərqli qarışıqdan faydalanır. Gül ailəsi də qoxu istehsalı üçün 3-lə 10 arası miqdarda mürəkkəb istifadə edir. Ağ frezya (Freesia alba) 10, su zanbağı (Nelumbium nucifera) 6 qarışıqdan istifadə edən bitkilərdəndir. İyul ayında bütün bağçalarda fərqli qoxusuyla çiçəklər açan də doqquzdon (Lonicera americana) 6 fərqli kimyəvi qarışıqdan istifadə edir. Aşağıdakı cədvələ baxdığımızda oxumaqda belə çətinlik çəkdiyimiz bu kimyəvi qarışıqlar, bitki tərəfindən ancaq mikroskopla görünəcək bir sahədə çıxarıldığı kimi, hər bitki ayrı bir qoxu və kimyəvi düstur istifadə edər. Ancaq dünyanın harasına gedirsək gedək, eyni bitkilər ilk yaradıldıqları gündən bəri eyni qoxuları çıxararlar. Yəni dünyanın bir ucundakı gül ilə digər ucundakı gül eyni qoxuya malikdir.

Bitkilərin, bəzi atomları bir yerə gətirib, qarışıqlar meydana gətirmələri və bunun nəticəsində qoxu çıxarmaları çox böyük bir möcüzədir. Və dünyanın dörd bir tərəfində, məsələn güllər eyni atomları bir yerə gətirərək eyni qoxunu çıxararlar. Meydana gətirdikləri qarışıqda ən kiçik bir dəyişiklik, məsələn bir atomun sayındakı fərqlilik qoxunu tamamilə dəyişdirə bilir və ya tamamilə ortadan qaldıra bilir. Ancaq heç bir zaman düsturda səhv etməzlər. Bitkilərə, ancaq kimya mühəndislərinin sahib ola biləcəyi bu şüuru, ağılı və məlumatı verən nədir? Dünyanın hər yerində, bitkilər bu düsturlara təsadüfən sahib ola bilərlərmi?

Bitkilərin qoxunun gözəl, təsir edici olduğunu anlayacaq burunları və ya idrak mərkəzləri yoxdur. Hələ millimetrin mində biri kimi bir sahədə qoxu çıxaracaq bir kimya laboratoriyası quracaq nə ağılları nə də imkanları vardır. Qoxunu meydana gətirən bu kimyəvi mürəkkəbləri çıxaranlar bitkinin hüceyrələridir. Yəni bəzi şüursuz atomlar bir kimyagər kimi yenə şüursuz olan başqa atomlardan istifadə edərək dünyanın ən gözəl qoxularını çıxarırlar. Özlərindən kənar digər atomların xüsusiyyətlərini, hansı miqdarlarda bir yerə toplanmalı lazım olduğunu, nəticədə necə bir qoxu əldə edəcəklərini bilən bu atomlar, qoxunun yayılması üçün lazımlı olan ətraf mühitin şərtlərini və ətrafdakı hansı canlılara bu qoxu ilə təsir edə biləcəklərini də bilirlər. Hətta bu atomlar qoxuyla təsir etməyi düşündükləri canlının bütün kimyəvi quruluşunu da bilir, beləcə onun qoxu qəbuluna uyğun qarışıqlar hazırlayırlar.

Bitkilərin böyük bir qismi bu qoxu laboratoriyalarına sahibdirlər. Dünyadakı bitkilərin içində bu şəkildə işləyən milyonlarla qoxu laboratoriyası olmasına baxmayaraq, bu atomlar kimyəvi qarışıqları hazırlayarkən heç səhv etməzlər. Buna görə dünyanın hər yerində eyni çiçəkdən eyni qoxunu almaq mümkün olur. Belə mükəmməl qoxuların müəyyən düsturlara görə, şüursuz atomlar tərəfindən kompleks əməliyyatlarla emal edilməsini, bu əməliyyat üçün qurulmuş kimyəvi təsisləri, qoxunun estetik baxımdan daşıdığı mənasını təsadüflə açıqlamaq mümkün deyil. Qoxu və onu emal edən sistemlər Allah tərəfindən xüsusi olaraq hazırlanmış və yaradılmışdır. Min bir növ qoxunun yanında, qoxunu qəbul edən canlılar və onların qəbul etmə sistemləri də bir-birləriylə uyğunlaşma içində yaradılmışlar. Banan, portağal, alma kimi saysız-hesabsız meyvənin, gül, lalə, iydə kimi çiçəklərin bizə təsir edən qoxuları məhz bu möcüzənin məhsuludur.

Bitkinin yarpaq, çiçək, gövdə, kök, rizoid, meyvə qabığı kimi hər parçasında olan bu qoxular, insan ruhuna təsir etdiyi kimi, döllənmə və bitki müdafiə etməsi üçün böcəklərə təsir etmək, istilik idarə edərək su itkisinin qarşısını almaq kimi vəzifələrə də malikdir.

Sonsuz bir elm və sənətlə yaradılan qoxuların digər bir istiqaməti də insan bədənində tapdığı qarşılıqdır. Gözəl qoxular insanın qoxunu qəbul etməsi ilə də uyğunluq təşkil edir.



Qoxu Və Yaddaş


Qoxuların insan yaddaşındakı xatirələri hərəkətə keçirdiyi hər kəs tərəfindən bilinir və tez-tez yaşanır. İnsan nəyisə iylədiyində, qoxuya aid molekullar buruna daxil olur. Bitkilərin qoxu molekulları uçucudur, buna görə çox aşağı bir istilikdə də qaz halına çevrilərək havada yayılırlar. Çox yüngül bir külək bu qoxuları buruna daşıyır. Burunun arxa qisminə çatan qoxu molekulları nəmli bir toxumayla qarşılaşırlar. Bu toxuma neyron adı verilən və qoxu qəbul edən 5 milyon hüceyrədən meydana gəlir. Bu 5 milyon hüceyrədən hər birinin ucunda qəbuledicilər olan qotazlı uclarını dalğalandıraraq qoxu molekullarını tutur. Bu bığcıqların digər ucu hüceyrənin içinə yapışıqdır. Qoxu molekulu bu tələyə tutulduğunda ardıcıl bir siqnal hüceyrə içində gəzərək beyinin alt tərəfindəki iyləmə mərkəzinə lazımlı mesajı çatdırır. Bütün bu əməliyyatlar bir saniyədən daha qısa bir zamanda reallaşır. Daha sonra siqnallar buradan çıxaraq beyinin duyğu və motivasiyala əlaqədar olduğu hissəsində (limbik sistem) sərf ediləir (26).

Bu siqnal nəticəsində iylənililən qoxunun nəyə aid olduğu, gözəl yoxsa çirkin olduğu aydın olur. Gözəl qoxular xoşluq duyğusuna yol açır. Əgər tanış bir qoxuyla qarşılaşılsa, o qoxunun qaynağıyla ilə əlaqədar yaddaş məlumatları yenidən canlanır. Məsələn, limon qoxusu aldığımızda ağılımıza bir limonad gələ bilər, ya da ədviyyat qoxuları aldığımızda iştah açan yeməklər ağılımıza gəlir. Və ya bir çiçəyin qoxusu, insanın illər əvvəl başqa bir şəhərdə eyni çiçəyi iylədiyi bir bağçanı xatırlada bilir. Bu incə dizayn qarşısında ortaya çıxan həqiqət budur: Bitkilər kimyadan, kimyəvi mürəkkəblərin gətirib çıxaracağı nəticələrdən xəbərdar deyildirlər. Buna görə qoxu kimi kimyəvi bir qarışığı çıxarmağa və bu qarışığı çıxaracaq təsislərin inşasına qərar verəcək imkanları olmadığı kimi bu qoxunu qəbul edəcək orqanlara, bir qoxunun gözəl ya da pis olduğuna qərar verəcək sinirlərə də sahib deyildirlər. İnsandakı qoxu qəbulunun necə işlədiyini də bilmirlər. Bu da aşkar olur ki, hər biri bütün varlıqları bir-biriylə mükəmməl bir uyğunluqla yaradan, üstün elm və sənət sahibi olan Allahın bir əsəridir. Bütün qoxuları və onları qəbul edən orqanları yaradan Allah insan ruhunu da bu qoxulardan təsirlənəcək şəkildə yaratmışdır.



Yarpaqlar Və Qızıl Nisbət



Ətrafımızdakı bitkilərə, ağaclara baxdığımızda budaqların bir çox yarpaqla qablaşdığını görərik. Uzaqdan baxdığımızda, budaqların və yarpaqların təsadüfi, dağınıq bir şəkildə düzüldüyünü düşünə bilərik. Halbuki, hər ağacda, hansı budağın haradan çıxacağı və yarpaqların budaq ətrafında düzülüşləri, hətta çiçəklərin simmetrik şəkilləri də müəyyən sabit qaydalar və möcüzəvi ölçülərlə təyin olunmuşdur. Bitkilər ilk yaradıldıqları gündən bəri bu riyaziyyat qaydalarına hərfbəhərf uyğunlaşır. Yəni heç bir yarpaq və ya heç bir çiçək təsadüfən ortaya çıxmaz. Bir ağacda neçə budaq olacağı, budaqların haradan çıxacağı, bir budaq üzərində neçə yarpaq olacağı və bu yarpaqların hansı tənzimləməylə yerləşəcəyi əvvəlcədən müəyyəndir. Həmçinin hər bitkinin özünə xas budaqlanma və yarpaq düzülüş qaydaları vardır. Elm adamları bitkiləri yalnız bu düzülüşlərinə görə təyin edib təsnif edə bilirlər. Fövqəladə olansa, məsələn, Çindəki bir qovaq ağacı ilə İngiltərədəki bir qovaq ağacının eyni ölçü və qaydalardan xəbərdar olmaları, eyni nisbətləri tətbiqləridir. Hər bitkini özünə xas riyazi hesablarla ən estetik şəkildə yaradan, təsadüflər ola bilməz. Bütün bu estetikanın və qüsursuz hesablamalarla edilən dizaynın yaradıcısı sonsuz elm sahibi olan Allahdır. Quranda da bildirildiyi kimi;


Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)

Bitki növünə görə dəyişən bu düzülüş şəkilləri dairəvi və ya spiral quruluş şəklindədir. Bu xüsusi düzülüşün ən əhəmiyyətli nəticələrindən biri yarpaqların bir başqasına kölgə salmayacaq şəkildə yerləşmələridir. Botanikada "yarpaq müxtəlifliyi" olaraq adlandırılan bu nisbətlərə görə bitkilərdə yarpaqların gövdə ətrafına düzülüşlərindəki nizam müəyyən rəqəmlərlə təyin olunmuşdur. Bu düzülüş son dərəcə kompleks bir hesaba əsaslanır. Bir yarpaqdan başlayıb, gövdə ətrafında fırlanaraq eyni xətdəki digər yarpağa çatana qədər edəcəyimiz dövr sayı (N) ilə, bu dövrlər arasında qarşılaşdığımız yarpaq saylarını (P), sırasıyla N və P ilə göstərsək, P/N nisbəti bitkilərdə "yarpaq müxtəlifliyi" olaraq adlandırılır. Bu nisbətlər çayır bitkilərində (otlarda) 1/2, bataqlıq bitkilərində 1/3, meyvə ağaclarında (alma) 2/5, banan növlərində 3/8, soğankimilərdə 5/13-dir (27).

Eyni növə aid hər ağacın bu nisbətdən xəbərdar olub, öz cinsi üçün təyin olunmuş nisbətə uyğun gəlməsi böyük bir möcüzədir. Məsələn, bir banan ağacı bu nisbəti haradan bilir və bu nisbətə necə uyğun gələ bilər? Bu hesaba görə, hər banan ağacının ətrafında bir yarpaqdan başlayıb 8 dəfə dövr etsək, eyni xətdəki digər yarpağa rast gələcəksiniz. Bu dövrlər arasında 3 yarpaqla qarşılaşacaqsınız. Cənubi Afrikadan Latın Amerikaya qədər hara gedirsinizsə gedin, bu nisbət dəyişməyəcək. Yalnız belə bir yarpaq düzülüş nisbətinin olması da canlıların təsadüfən meydana gəlmədiklərini, qüsursuz və son dərəcə kompleks bir nisbət, hesab, plan və dizaynla yaradıldıqlarını göstərən əhəmiyyətli bir dəlildir. Canlıların genetik strukturlarında belə bir nisbəti kodlaşdıran, onları bu məlumat və xüsusi olaraq yaradan üstün bir elm və ağıl sahibi olan Allahdır.

Ağac formaları içində ən çox rast gəlinən modellərdən biri, gövdənin bir-birinə tamamilə əks istiqamətdən çıxan yarpaq və budaq cütləridir. Toxum açıldıqdan sonra iki yarpaq açır, bu yarpaqlar 180 dərəcəlik bir bucaqla qarşılıqlı olaraq düzülmüşlər. İlk iki yarpaqdan sonra inkişaf edən digər iki yarpaq isə maksimum dağıntını təmin etmək üçün əks tərəfdə, birinci cütə sağdan bucaq yaradaraq inkişaf edir. Belə bir vəziyyətdə bir budağın ətrafında 90 dərəcəlik bucaqlara sahib dörd yarpaq düzülür. Yəni bu təpədən baxsaq, yarpaqların tam bir kvadrat meydana gətirəcək şəkildə 90 dərəcəlik bucaqlarla düzüldüklərini və üstdəki yarpaqların bunun sayədə altdakı yarpaqları örtmədiyini görərik (28). Bu görməyə vərdiş etdiyimiz bir şəkildir. Ancaq insanların çoxu toxumların niyə, xüsusilə, bu şəkildə açdığını düşünməzlər. Halbuki, bu, bir planın və dizaynın nəticəsidir. Məqsəd yarpaqların üst-üstə çıxaraq bir-birlərini örtmələrinə maneə törətmək və hamısının günəş işığından faydalana bilmələrini təmin etməkdir.

Daha kompleks bir forma olan spiral şəklinə də çox sıx rast gəlinir. Bitkidəki bu spiral hərəkəti müşahidə etmək üçün ipdən istifadə edilə bilər. Bir yarpağın alt hissəsinə ip bağlayıb sonra ipi qollara və budaqlara qədər uzadın, gəldiyiniz hər yarpağın gövdəsində bir dəfə halqa edin, qövslər mümkün qədər düz olsun. Bu üsulla, qarağac və ya cökə ağacında yarpaqların ortalama olaraq qonşu yarpaqda budağın ətrafında yarı yol qədər (180 dərəcə) dolandığını görərsiniz; beləcə ip yarpağın başına 1/2 dönüşlə bağlanır. Qayın ağacının yarpaqları yalnız 120 dərəcə aralıqlara malikdir; yarpağın başına 1/3 fırlanar. Alma ağacı 144 dərəcə ilə 2/5 dönüş, quru şam 5/13 nisbətində fırlanar. Əgər riyaziyyatla maraqlanırsınızsa, bu nisbətlərin necə təsadüfən olmayıb, hər bir payın və vahidin bir-birinə dərhal bitişik olanların cəmi olduğunu taparsınız (aşağıda göründüyü kimi). Hər iki ədəd düzülüşü də eyni bənzər və sadə əməliyyatı keçirir:

1, 1, 2 (1+1), 3 (1+2), 5 (2+3), 8 (3+5), 13 (5+8), 21 (8+13), 34 (13+21), 55 (21+34), 89 (34+55), 144 (55+89), 233 (89+144), 377 (144+233), ...29

Bu xüsusi düzülüş bu qaydanı kəşf edən Fibonaççi adlı riyaziyyatçının adı ilə xatırlanır və "Fibonaççi ardıcıllığı" olaraq tanınır. Bu qayda estetika mükəmməlliyi mənasını verir və şəkil, heykəl, arxitektura kimi sahələrdə əsas bir ölçü kimi istifadə edilir. Təbiətdə çox sıx rast gəlinən bu nisbət bitkilərdəki incə hesab və dizaynı anlamaqda əhəmiyyətli bir açardır.

3/8-ün kənarındakı kəsrlər yosun, kələm ya da hər iki tərəfə spiral istiqamətdə gedən ləçəkli, günəbaxan kimi sıx toxum və ya yarpaq sistemlərində olur. Bu bitkilərin yarpaqları mərkəzin ətrafında sağdan və ya soldan fırlanarkən bir spiral çəkirlər, bu spirallarda hər dövr başına düşən yarpaq sayda fibonaççi qaydasına görə təyin olunur. Məsələn, çobanyastığının mərkəzi üç ardıcıl kəsrdən istifadə edir: 13/34, 21/55 və 34/89; yəni yarpağın mərkəzi boyunca edəcəyi bir dövr dönüşdəki yarpaq sayı və buna eyni düşən dönmə bucağı əvvəlcədən bəllidir (30).

Fibonaççi serialı təbiətdə sıx şəkildə qarşımıza çıxır. Bu ədədlərdən istifadə edilərək çıxarılan kəsrlər, bizə "Qızıl Nisbət"i verir. Yəni Fibonaççi ədədlərini aşağıda göründüyü kimi bir-birini izləyən kəsrlər halında yazdığımızda, ortaya çıxan bölmələrin hamısı estetik mükəmməllik və çox vaxt "Qızıl Nisbət" adı da verilən ədəddir:

1/1, 1/2, 2/3, 3/5, 5/8, 8/13, 13/21, 21/34, 34/55, 55/89...

Göründüyü kimi bu yolla əldə edilən silsilənin terminləri Fibonaççi silsilənin bir-birini izləyən ədədlərinin hissəsi şəklindədir. Bu silsilənin terminləri olan nisbətləri şam qozalarında (5/8, 8/13), ananas meyvəsində (8/13), çobanyastığının orta qismindəki floretlərdə (21/34), ayçiçəklərində (21/34, 34/55, 55/89) sağ və sol spiralların sayı olaraq görürük. Məhz bu nisbət və bu nisbət sayəsində ortaya çıxan görünüş, təbiətdəki çiçəklərə, ağaclara, toxuma, dəniz qabıqlarına və saysız-hesabsız canlıya estetik mükəmməllik qazandırır.

Qızıl nisbətin təbiətdəki yeri bununla da qalmayıb, ideal yarpaq bucaqlarında da özünü göstərir. Bildiyimiz kimi bitkilərdə yarpaqlar, düşən günəş şüalarından maksimum faydanı təmin etməklə müəyyən bir bucaqla sıralanırlar. Məsələn, 2/5-lik yarpaq diverjansına sahib bir bitkidə yarpaq aralarındakı bucaq,

2 x 360 dərəcə / 5 = 144 dərəcədir (31).


Yarpaqlarda qarşımıza çıxan ədədi möcüzələr bununla da məhdudlaşmır. Yarpaq səthləri də müəyyən riyazi hesablamaların nəticəsində aydın olacaq dizaynlara sahibdirlər. Yarpağın ortasından keçən damar (midrib) və ondan çıxaraq yarpaq səthinə dağılan damarlar və bunların bəslədikləri toxumalar, bitkiyə müəyyən bir şəkil və quruluş qazandırırlar. Yarpaqlar çox fərqli formalara sahib olmalarına baxmayaraq bu həssas ölçüləri mühafizə edirlər.

Bitkilərin müəyyən riyazi düsturlarına görə formalaşmaları onların xüsusi olaraq hazırlandıqlarının ən açıq dəlillərindən biridir. Bitkinin atomlarında, DNT-də gördüyümüz həssas ölçülər və tarazlıqlar, bitkinin xarici görünüşündə də ortaya çıxır. Bitkinin Günəşdən maksimum faydalanması kimi həyati məqsədlərin yanında, bitkiyə estetik bir gözəllik qazandıran bu düsturlar, müəyyən ədəddəki molekulların bir yerə toplanmasıyla ortaya çıxan rənglərlə birləşdiyində ortaya fövqəladə mənzərələr çıxır. Məhz bu qızıl nisbət, sənətçilərin çox yaxşı bildikləri və tətbiq etdikləri bir estetika qaydasıdır. Bu nisbətə bağlı qalaraq çıxarılan sənət əsərləri estetik mükəmməlliyi təmsil edirlər. Sənətçilərin təqlid etdikləri bu qaydada hazırlanan bitkilər, çiçəklər və yarpaqlar Allahın üstün sənətinin bir nümunəsidirlər. Allah Quranda hər şeyi bir ölçüylə yaratdığını bildirir. Bu ayələrdən bəziləri belədir:


Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik. (Hicr surəsi, 19)

... Allah, hər şey üçün bir ölçü etmişdir. (Talaq surəsi, 3)

... Onun qatında hər şey bir miqdar (ölçü) ilədir. (Rəd surəsi, 8)

... Şübhəsiz, Allah hər şeyin haqq-hesabını tam olaraq çəkəndir. (Nisa surəsi, 86)




Qaynaqlar:

1. http://www.botany.hawaii.edu/faculty/webb/BOT410/Leaves/LeafMidrib.htm.
2. Steven Vogel, Cats' Paws and Catapults :Mechanical Worlds of Nature and the People, New York, 1998, pp. 60-61.

3. Ibid.

4. Lynn Dicks, "The Sinister side of the holly and the ivy," New Scientist, Vol. 2218, 25 December 1999.

5. Ibid.

6. Bitkiler ("Plants"), Gorsel Kitaplar ("Visual Guide Series"), Dorling Kindersley, 1996, p. 37.

7. Steven Vogel, Op. cit. pp. 94-95.

8. Ibid.

9. Ibid.

10. "Desert Plant Adaptations", http://www.desertusa.com/du%5Fplantsurv.html.

11. "Living stones and shredded leaves," http://botany.about.com/science/botany/library/weekly/aa022900b.htm.

12. "Survivors in a Hot, Dry Land", Botany, 02.04.1998, http://www.botany.hawaii.edu/faculty/webb/BOT311/Leaves/LeafShape-1.htm.

13. Kingsley R. Stern, Introductory Plant Biology, California, William C. Brown Publishers, 1991, p. 110.

14. Capparis spinosa, Mediterranean climate gardening throughout the world,

http://www.support.net/Medit-Plants/plants/Capparis.spinosa.html;

15. "Desert USA," http://www.desertusa.com/du%5Fplantsurv.html,

http://www.desertusa.com/nov96/du_ocotillo.htm.

16. "School Botany Projects: Water & Salt," http://botany.about.com/science/botany/library/weekly/aa103100a.htm,

http://botany.about.com/science/botany/library/weekly/aa052799.htm.

17. Kingsley R. Stern, Op cit., p. 52.

18. "Tendril,"http://www.botgard.ucla.edu/html/botanytextbooks/generalbotany/typesofshoots/tendril/.

19. "Bitkilerin Duyulari, ("Sense of Plants")," Bilim ve Teknik ("Journal of Science and Technology"), June 2000, p, 70.

20. "The carnivorous plant FAQ,"http://www.sarracenia.com/faq/faq5965.html.

21. "Carnivorous Plants",http://waynesword.palomar.edu/carnivor.htm.

22. "Brassica oleracea", http://perso.wanadoo.fr/steven.piel/en_chouv.html, "Brassica oleracea, Acephala Group." http://www.leafforlife.com/PAGES/BRASSICA.HTM,

23. "Goosefoot Family", http://waynesword.palomar.edu/ecoph31.htm#spinach.

24. Lesley Bremness, Herbs, Eyewitness Handbooks, Singapore: Dorling Kundersley, Singapore, 1997, p.132.

25. Audrey Stallsmith, "Sage: Savory and Saviour," http://www.i5ive.com./article.cfm/historical_plants/49588.

26. "A word about chemistry,"http://www.icr.org/goodsci/bot-9709.htm.

27. Dr. Sara Akdik, Botanik ("Botany") Istanbul: Şirketi Mürettibiye Publishing, 1961, p. 106.

28. Guy Murchie, The Seven Mysteries Of Life, 1978, USA, Boston: Houghton Mifflin Company, p. 57.

29. Guy Murchie, Ibid., pp 58-59.

30. Guy Murchie, Ibid., p. 58.

31. Dr. Sara Akdik, Botanik (Botany), Şirketi Mürettibiye Publishing, Istanbul, 1961, pp. 105-106