Yaşıl Möcüzə: Fotosintez

Get Adobe Flash player

Əvvəlki mövzularda da nümunələrini gördüyümüz kimi yarpaq, üstün bir elm və sənətlə yaradılmış bir dizayn möcüzəsidir. Bir neçə millimetr qalınlığındakı hər hansı bir yarpaq, bir fabrik qədər böyüdülsəydi və biz də onun içində gəzə bilsəydik, gördüklərimiz qarşısında dolaşıqlığa düşərdik. Məsələn, kiçik bir cəfəri yarpağının içində də çox inkişaf etmiş və hər tərəfi əhatə edən bir boru şəbəkəsi, iyirmidən çox kimyəvi maddə çıxaran və bunları yığan kimya mərkəzləri, günəş enerjisini heç dayanmadan şəkərə çevirən enerji stansiyaları, bu işi başlatdıran günəş kollektorları, hər nöqtədə qarşımıza çıxan hava idarə mərkəzləri, çox güclü bir təhlükəsizlik və xəbərləşmə sistemi, başqa nə işə yaradığını elm adamlarının da anlaya bilmədiyi bir çox hissəni ehtiva edən nəhəng bir kimyəvi təsislə qarşılaşardıq.

Burada işləyənləri dayandırıb məlumat almaq isə mümkün deyil. Çünki yağ, karbon və hidrogen kimi maddələrdən meydana gəlmiş işçilərin nə danışacaq ağızları, nə bizi görəcək gözləri, nə söylədiklərimizi qavrayıb anlayacaq beyinləri nə də dayanıb bizə cavab verəcək vaxtları vardır. İlk baxışda heç bir tərəddüdə yer buraxmadan aydın olan isə bu sistemin, sistemdə işləyən işçilərin, sistemin istifadə etdiyi bütün vəsaitin və məhsulların üstün bir ağılın və elmin əsəri olduğu həqiqətidir.

Bitkilərdə mərkəzi sinir sistemi və bu sistemə nəzarət edən bir beyin yoxdur. Buna görə bitkinin hər parçası bir başqasından müstəqil olaraq inkişaf edir, buna baxmayaraq hər parça və hər toxuma inanılmaz bir uyğunlaşma və əməkdaşlıq sərgiləməkdədir. Bitki içində hüceyrələrin necə xəbərləşdiyi, hüceyrələrin niyə fərqli toxumalar meydana gətirdiyi hələ tam olaraq həll edilməmişdir. Bu fərqli strukturları meydana gətirərkən ortaya çıxan əmr zənciri isə bir sirr olaraq qalır (32).

Yarpaqda görülən qüsursuz dizaynın əsas işçiləri hüceyrələrdir. Əslində biz bitkinin xüsusiyyətlərindən və fəaliyyətlərindən danışarkən, bitki hüceyrələrinin xüsusiyyət və fəaliyyətlərini izah edirik. Bitkinin quruluşunu meydana gətirənlər də hüceyrələrdir. Bitkini meydana gətirən bu hüceyrələr, zamanı gəldiyində fərqli toxumalar meydana gətirməyə başlayırlar. Bəziləri bir yerə toplanaraq yarpaq və yarpaq damarlarını, bəziləri bitkini dəstək olan odunabənzər quruluşu, bəziləri isə kimyəvi əməliyyatları reallaşdıran toxumaları meydana gətirərlər. Hər toxuma müəyyən bir dizayna, müəyyən bir vəzifəyə və quruluşa malikdir. Hüceyrələrdəki bu fərqlilik nəticəsində ortaya çıxan yeni orqanlar isə bir-birlərini tamamlayaraq yeni bir dizaynın parçaları halına düşürlər. Bütün canlılarda meydana gələn və eyni hüceyrələrin fərqli vəzifələrə görə fərqli strukturlara çevrilmə müddəti, şüurlu və üstün bir dizaynın əhəmiyyətli dəlillərindən biridir.

Kesiti görülen bu bitki hücresindeki organellerin tümü görevlerini eksiksiz yerine getirir. Güneş ışığını nasıl kullanıp besini nasıl üreteceklerini, nasıl haberleşeceklerini çok iyi bilirler. Her parçası ayrı fonksiyonlara ve farklı bir tasarıma sahip olan bitki hücreleri Allah'ın ilminin bir benzerinin olmadığının delillerindendir.

Yarpağı meydana gətirən toxumalar günəş işığını maksimum yığacaq, hər cür xarici təsirə davam gətirə biləcək, ən az vəsaitlə ən çox əməliyyat aparacaq şəkildə dizayn edilmişdir. Həmçinin yarpaq bir kağız incəliyində olmasına baxmayaraq içinə sığışmış milyonlarla xüsusi hüceyrəni qoruyacaq və içindəki kompleks və sıx trafikə nəzarət edəcək strukturlarla təchiz edilmişdir. Bu toxumalardan bəzilərini daha yaxından görək:

Yarpağın Hissələri



Üst və alt epidermis (yarpağın qabığı): Bu iki hüceyrə layı mumabənzər toxumanı meydana gətirir. Yarpağın ən xarici qismini meydana gətirən bu toxuma çox fərqli bir quruluşa malikdir. Xüsusi hüceyrələr tərəfindən çıxarılan muma bənzər quruluş, yarpağın üzərində su keçirməz bir təbəqə meydana gətirir. Beləcə həddindən artıq su itkisinə maneə olar. Günəş işığını əks etdirir. Bitkinin məsamələri bağlandığında, bu toxuma sayəsində bitki bir şar kimi içindəki havanı və mayeləri həbs edə bilir. Epidermis tamamilə şəffafdır.

Mezofil: Bu toxumanın da çox əhəmiyyətli funksiyaları vardır. Fotosintez edən iki hüceyrə layından meydana gəlir: "Palisad mezofil" (sütun şəklindəki hüceyrələr) çubuqvari hüceyrələrdən meydana gəlir, "süngərvari mezofil" isə qlobal hüceyrələrdən meydana gəlir. Bu hüceyrələr fotosintez təsisləri olan xlorofilləri saxlayırlar. Bunun xaricində müxtəlif vəzifələr üçün də xüsusi strukturlara sahibdirlər.

Hava boşluqları: Həm süngərvari, həm də çubuqvari mezofil (yarpaqların yumşaq iç toxuması) hüceyrələrinin arasında hava boşluqları vardır. Süngərvari mezofildəki hava boşluqları daha böyük və "stoma" adı verilən hava dəliklərinə daha yaxındır. Ancaq bu məskunlaşma təsadüfi deyil. Bunun sayəsində süngərvari mezofil ehtiyacı çox olduğu üçün, çubuqvari mezofilə görə daha çox karbondioksid alır.

Məsamə (stroma): Bunlar yarpağın alt hissəsindəki kiçik dəliklərdir. Yarpaqlarının üst səthində məsaməyə sahib olan bir neçə bitki də vardır. Bu məsamələr yarpağın ən xüsusi parçalarından biridir. Yarpağın xarici dünyayla əlaqə quran qapısı kimi, yarpağa havadan girən qazlara, yarpaqdan çıxacaq buxara, yarpağın içindəki təzyiqə nəzarət edirlər. Bunun yanında digər vəzifələri və açılıb bağlanmasını təmin edən gözətçi hüceyrələrlə birlikdə bir dizayn möcüzəsidir.

Bir ağac daha çox və ya daha az hava almaq istədiyində, yarpaqlarındakı burun dəlikləri kimi nizamlana bilən bu məsamələrdən istifadə edir. Bunlar yarpağın səthində, xüsusilə də alt qismdə iştirak edən çoxlu saydakı gözlə görülə bilməyən mikroskopik açıqlıqlardır. Bunların hər biri nəm, istilik və işıq kimi şərtlərdə avtomatik olaraq xəbərdar edilmək yerinə, bir cüt növbətçi hüceyrə tərəfindən nəzarət edilir. Havanın çox quru və isti olduğu zamanlarda məsamələr yalnız aralıq qalır; amma nəm, növbətçi hüceyrələri şişirdiyində aralıqlarını artırmağa başlayırlar. Soyuq və yağışlı havalarda isə məsamələr tamamilə açılır; beləcə xloroplastın havaya buxarlaşdırmaqla çox nəmişli olar. Xloroplast isə, ehtiyac duyduğu havanı və qidanı, məsamələrdən gələn günəş işığı sayəsində karbondioksidi udaraq əldə edir. Yarpaq səthinin 1 kvadrat millimetrində 50-700 qədər məsamə ola bilir. Bir yarpağın hamısında isə məsamə sayı milyonlara çata bilir. Məsələn, günəbaxanın tək bir yarpağında 13 milyon stroma sayılmışdır. Bu milyonlarla qapının hər biri öz başına hərəkət edən hüceyrələr tərəfindən bağlanılır və ya açılır (33). İnsanların bu cür sistemlər üçün qərar verən xəbərləşmə və qərar mexanizmləri varkən, tək bir yerdən nəzarət edilməyən və yalnız sıravi bir hüceyrə olan bu strukturların etdikləri işin nə qədər təəccüblü olduğu daha yaxşı aydın olur.

Fotosintez əsnasında çıxarılan oksigen də yalnız açıq bir stromadan çıxaraq yarpağı tərk edə bilir. Bu qaz alveri əsnasında böyük miqdarlarda su itkisi də yaşanır. Yarpaq səthinin 1%-ni örtən stromalar itirilən suyun 90%-dən cavabdehdir. Məsələn, pambıq ağacları, isti səhra günlərində, saatda 400 litrə qədər su itirirlər. Bu kimi ekoloji faktorlar da stomanın açılıb bağlanmasına təsir edir. Su miqdarı, yarpaq üçün uyğun olan kritik nöqtənin altına düşdüyündə qalan suyun buxarlaşmasının qarşısını almaq üçün stoma bağlanır. Stomaların açılıb bağlanmasına nəzarət edən gözçü hüceyrələr içlərinə kalium ionları götürdüklərində, su hüceyrənin içinə girir və hüceyrənin şişməsinə gətirib çıxarır; beləcə stroma açılır. Kalium hüceyrəni tərk etdiyində isə su da hüceyrədən çıxır və stoma bağlanır. Bu sistem, yarpaqdakı suyun təzyiqinə görə, "absisik turşu" adı verilən bir hormon tərəfindən təşkil edilir və idarə olunur (34). Bir çox bitkinin stoması gündüz açılıb gecə bağlansa da, bəzi növlərin stoması gündüz bağlanıb, gecə açılır. Bu növlər ümumiyyətlə isti, quru iqlimlərdə yaşayan kaktus, ananas kimi bitkilərdir. Bu bitkilər gecə karbondioksidi udur və karbon 4 turşusuna çevirir. Gündüz isə, stroma bağlı olduğunda, turşudan karbon 4 oksid ortaya çıxır və dərhal fotosintezdə istifadə edilir. Bu əməliyyatın adına "crassulacean turşu maddələr mübadiləsi" deyilir. Belə bitkilərə də "ŞÜŞƏ" bitkilər adı verilir (35). Yarpağın hissələrinin arasında yalnız stoma araşdırıldığında belə insanda heyrət oyandıran bir dizayn görülür. Bu vahid yalnız qapını gözləyən bir gözətçi deyil, tək başına qərar verə bilən bir təhlükəsizlik mərkəzi, çöldəki və içəridəki mühitə eyni anda nəzarət edən meteorologiya mütəxəssisi və bitkinin hər yerindən xəbərdar olan bir təcili çıxış nöqtəsidir.

Damar qrupları: Yarpağın ortasından keçən ana damarın adı "midrib"dir. Bu damar və ondan çıxaraq yarpaq səthini örtən digər damarlar damar qruplarından meydana gəlir. "Ksilema", yarpaq içində çox əhəmiyyətli vəzifələrə sahib odunvari bir toxumadır. Bütün bitki içində, bədənimizdəki damarların vəzifəsini görən bu toxuma aldığı müxtəlif vəzifələrə görə dəyişik strukturlar qazanır. Məsələn, torpaqdan su və mineral duzlarını gətirir; bəzən anbar vəzifəsindədir; bəzən də olduqca sərt bir odun halına gələrək bitkiyə dəstək olur (36). Bu damarların bitki və yarpaq içindəki dağılımları təsadüfi deyil. Hər yarpaq və yarpaqdakı hər damar müəyyən bir dizayna və formaya malikdir. Yarpağın düz və dik dayanmasını təmin edən bu damarlar yerinə yetirdikləri vəzifə üçün müəyyən fiziki düsturlara uyğun gəlirlər.

Floema (damar toxumalarının ələkli boru qismi): Bu borular amin turşusu kimi orqanik qidaları yarpağa gətirər, həmçinin şəkərli mayeni yarpaqdan çölə daşıyır. Fotosintezlə çıxarılan qlükoza saxaroza çevrilir və "floema" ilə bitkinin digər hissələrinə daşınır ya da nişastaya çevrilib yığılır (37).

Bitkinin xəzinə sandığı, "vakuol": Bitki hüceyrəsinin əhəmiyyətli bir komponenti isə içi sulu bir qarışıqla dolu, hüceyrəyə incə pərdə ilə bağlı bir kisə olan vakuoldur. Bu kisənin içindəki hüceyrə özsuyu ümumiyyətlə yüngül turşudur və ərimiş atmosfer qazlar, orqanik turşular, şəkərlər, piqmentlər, ətirlərin və aromatik qoxuların qaynağı olan uçucu yağlar, dərman üçün istifadə edilən glikozitlər, zəhərli xüsusiyyətləriylə bilinən alkaloitlər, kristallar, mineral turşu duzları, bitkinin öz suyunda olan kauçuk, çay bitkisində daha çox görülən sıyıq, çiçəklərin və meyvələrin mavi, bənövşəyi, sarı, erguvan rəngini verən boya maddələri flavonlar və antosianlardan və digərlərindən meydana gəlir. Bütün bu maddələr gözlə görülməyən bir hüceyrənin içindəki, ancaq elektron mikroskopuyla görülə bilən bir məkanda bir-birlərinə qarışmadan, öz vəzifələrini yerinə yetirməyi gözləyirlər. Vakuol dolu olduğunda hüceyrənin məzmunları hüceyrə divarına təzyiq tətbiq edir, hüceyrəni şişik bir futbol topu kimi bərk (və ya qabarıq) hala gətirir və sitoplazmayı hüceyrə divarlarına doğru itələyərək bitkinin dik dayanmasını təmin edir. Qalın hüceyrə divarı və odunvari gövdə şəklindəki mexaniki dəstəkdən məhrum ot bitkiləri, dik dayana bilmək üçün məhz bu daxildəki su təzyiqindən istifadə edirlər; əgər bunu edə bilməsələr bitki solur. Vakuol eyni zamanda bir qisim reaksiya üçün lazımlı olan yaşlılıq dərəcəsini və hüceyrənin işığa görə meyil hərəkətlərini nizamlayar (38).

Vakuolun içindəki maddələr necə olub bir yerə gəlir və bir-birlərinə qarışmadan yığıla bilirlər? Məsələn, bir qab götürüb içərisinə müxtəlif ətirlər, yağlar, spirtlər, şəkərli sular, növbənöv boyalar, maye kauçuk, duzlu su kimi maddələr qoysaq bu maddələr qısa bir müddət sonra bir-birinə qarışar. Əgər bu maddələri şar kimi bir vəsaitin içinə doldursaq maddələrin qarışması daha sürətli olur. Daha sonra ehtiyacımız olduğunda bu maddələri şardan çölə çıxartmağa çalışsaq bir nəticə əldə edə bilmərik. Artıq bu maddələri yenidən istifadə ediləcək hala gətirməyimiz üçün bir kimya laboratoriyasında təhlil etmə əməliyyatına müraciət etmək lazımdır. Məhz vakuollar ilk yaradıldıqları gündən bəri bu kompleks əməliyyatı heç səhv etmədən reallaşdırarlar. Çiçəklər rənglənəcəyi zaman boyanı, qoxu çıxarılacağı zaman ətirləri çıxardıb lazımlı yerlərə lazımlı miqdarlarda çatdırarlar. Bu əməliyyatları qüsursuz bir şəkildə reallaşdıran vakuol hüceyrələri, digər hüceyrələr kimi karbon, hidrogen, oksigen kimi maddələrdən meydana gəlmiş və ancaq mikroskopla görülə biləcək orqanizmlərdir. Bu hüceyrələr bir anbarçı kimi iş görmələrinə baxmayaraq, anbarçının sahib olduğu heç bir xüsusiyyətə sahib deyildirlər. Yəni hansı məhsulları qəbul edəcəyini, bunları hara yerləşdirəcəyini, bu məhsulların haradan gəldiyini, hara gedəcəyini bilirmiş kimi davranmasına baxmayaraq, əslində bunları görəcək və tanıyacaq orqanlara sahib deyil. Bir başqa deyişlə biz bir ağacı götürüb, qiymətli maddələri saxladığımız bir anbarın önünə tikib, onu bu maddələrin gəliş-gedişindən məsul edə bilmərik. Məhz vakuol hüceyrəsi də, bu şüursuz bitkinin yenə şüursuz və gözlə görülə bilməyəcək qədər kiçik bir parçasıdır. Etdiyi bütün işləri öz iradəsi və ağılıyla deyil, onu yaradan Allah necə ilham etdisə o şəkildə avtomatik olaraq reallaşdırır.

Bu saydıqlarımızdan başqa yarpaq içində fərqli vəzifələr görən bir çox quruluş vardır. Bu strukturların hər biri yuxarıda sayılan hissələr kimi kompleks strukturlara sahibdirlər. Çox incə bir yarpaqda bir yerə yığışan bu sistemlər daha irəlidə də görəcəyimiz kimi canlı həyatı üçün çox əhəmiyyətli bir əməliyyat olan fotosintezi reallaşdırıb dünyanı yaşanan hala gətirirlər. Nəticədə bitkininn hansı parçasını ələ alsaq, müəyyən bir məqsəd üçün hazırlanmış xüsusi bir maşının həssas bir parçasını araşdırmış olarıq. Bu dizaynda işə yaramayan, vəzifəsi olmayan tək bir toxumadan da söz gedə bilməz. Hər biri öz içində fərqli bir vəzifəyə sahib dəyişik sistemlər bir yerə yığışıb ortaq bir məqsəd üçün uyğun bir iş görürlər.

Öz-özünə işləyən, yanacaq olaraq havadan və sudan istifadə edən, tək hədəfi xidmət olan, hər şərtdə hər mühitdə öz sürətlərini çıxara bilən, həyati xüsusiyyətlərinin yanında qoxusu, rəngi və şəkliylə, üstün bir sənət əsəri olan bu möhtəşəm maşın Allahın sonsuz elminin və heyranlıq oyandırıcı sənətinin bir nümunəsidir.

Təkamülçülərin Məntiqsizlikləri



Göründüyü kimi bir bitkiyə son dərəcə millimetrik hesablarla sığışdırılmış kompleks strukturlar vardır. Yarpaqlardakı bütün kompleks sistemlər milyon illərdir eyni qüsursuzluqla işləyir. Yaxşı, bu sistemlər necə olub ki bu qədər kiçik bir sahəyə sığdırıla bilmişdir? Yarpaqlardakı kompleks dizayn necə meydana gəlmişdir? Bu qədər mükəmməl və nümunəsiz bir dizaynın öz-özünə meydana gəlməsi mümkündürmü?

Təkamülçülərin yarpaqların meydana gəlməsi ilə əlaqədar olaraq ortaya atdıqları nəzəriyyələrdən biri olan "Telome Nəzəriyyəsi"nə görə yarpaqlar, guya primitiv damarlı bitkilərin ayrılmış budaqlarının birləşməsi və yastılaşması ilə inkişaf etmişdir. (39) Ancaq yer üzündə trilyonlarca yarpaqdan tək birinin quruluşundakı fövqəladə kompleks sistem də bu iddianın məntiqsizliyini isbat etməyə yetir. Üstəlik bu nəzəriyyə bir-iki asan sualla belə çürüdüləcək qədər əsassızdır. Məsələn:

◉ Bu budaqlar nə üçün birləşməyə və yastılaşmağa ehtiyac duymuşlar?

◉ Bu birləşmə və yastılaşma nə qədər müddət nəticəsində reallaşmışdır?

◉ Budaqlar hansı növ təsadüflər nəticəsində quruluş və dizayn olaraq tamamilə fərqli quruluşdakı yarpaqlara çevrilmişlər?

◉ Guya primitiv damarlı bitkilərdən necə olub ki minlərlə növdəki bitkilər, ağaclar, çiçəklər, otlar ortaya çıxmışdır?

◉ Belə bir müxtəlifliyə niyə ehtiyac duyulmuşdur?

◉ Bu primitiv damarlı bitkilər necə olub ki yoxdan var olmuşlar?

Bu günə qədər heç bir təkamülçü, bu sualların yalnız birinə də məntiqli və elmi bir cavab verə bilməmişdir.

Nəzəriyyənin bu problemini anlayan bəzi təkamülçülər, bu dəfə də bitkilərin mənşəyi haqqında yeni bir məntiqsiz iddia ortaya atmışlar. Bu iddialarına da, elmi bir görünüş verə bilmək üçün həmişəki kimi latınca bir ad vermişlər: "Enation Nəzəriyyəsi". Yaradılış gerçəyini heç cür qəbul edə bilməyən təkamülçülərin bu nəzəriyyələrinə görə yarpaqlar, bitki saplaqlarının tumurcuqlarından təkamülləşmişdir. (40)

Bu iddianı da yenə suallar soruşaraq araşdıraq:

◉ Necə olub ki gövdənin müəyyən yerlərində bir yarpaq meydana gətirməklə tumurcuq kimi bir quruluş meydana gəlmişdir?

◉ Daha sonra tumurcuqlar necə yarpaqlara çevrilmişlər? Üstəlik də saysız növə sahib qüsursuz bir quruluşa sahib olan yarpaqlara…

◉ Bir az daha geriyə gedək. Tumurcuqların çıxdığı budaqlar və hətta bu budaqların bağlı olduğu bitkilər necə meydana gəlmişdir?

◉ Tumurcuqların bəzi cinslərdə yarpaqlara, bəzilərində isə çiçəyə və zamanla meyvəyə çevrilməsini təmin edən kompleks mexanizmlər təsadüflərin əsəri ola bilərmi?

Təkamülçülər hər mövzuda olduğu kimi bitkilərin yaranması mövzusunda da tamamilə təxəyyülünə söykənən ssenarilərdən başqa bir şərh çıxara bilməzlər.

Həqiqətdə hər iki nəzəriyyənin də izah etmək istədiyi xülasə budur: Bitkilər təkamülçülərə görə təsadüfən inkişaf edən hadisələr nəticəsində ortaya çıxmışlar. Təsadüfən tumurcuqlar, budaqlar meydana gəlmiş, bir başqa təsadüf olmuş və xlorofil xloroplastın içində yaranmış, başqa təsadüflərlə yarpaqdakı təbəqələr meydana çıxmış, təsadüflər təsadüfləri qovmuş və sonunda qüsursuz və son dərəcə xüsusi quruluşuyla yarpaqlar ortaya çıxmışdır.

Bu vaxt yarpaqda təsadüfən meydana gəldiyi iddia edilən bu strukturların hamısının eyni anda ortaya çıxması lazım olduğu da göz ardı edilməməli bir həqiqətdir. Çünki yarpaqdakı quruluş və sistemlərin hamısı iç-içə keçmiş və bir-birinə bağlı olduğundan, tək birinin ya da bir neçəsinin təsadüflər nəticəsində ortaya çıxması bir məna ifadə etməyəcək. Çünki əskik parçalarla sistem işləməyəcək. Bunun nəticəsində də, yeni təsadüflərlə digər əskik parçaların tamamlanmasını gözləmədən bitkilər həyatlarını və nəsillərini davam etdirə bilməyəcək və yox olacaqlar. Buna görə bitkinin həyatını davam etdirə bilməsi üçün kökündəki, budaqlarındakı və yarpaqlarındakı kompleks sistemlərin hamısının eyni anda var olması lazımdır.

Təkamül nəzəriyyəsinə görə istifadə edilməyən orqanlar yox olurlar. Göründüyü kimi təkamülçülərin bu qaydası, yenə özlərinin qarşıya qoyduqları, "uzun zaman içində ard-arda gələn kiçik təsadüflərlə canlıları meydana gətirən parçaların ortaya çıxdığı" iddiası ilə açıq şəkildə ziddiyyət təşkil edir. Çünki bütün parçaları tamamlanana qədər işləməyən kompleks bir sistemin bir neçə parçasının başlanğıcda meydana gəldiyini fərz etsək də, bunların uzun zaman içində xəyali "şanslı" təsadüflərin köməyiylə əskik parçaların tamamlanmasını gözləmələri mümkün deyil. Çünki bütün parçalar tamamlanana qədər daha əvvəldən meydana gəldiyi fərz edilən parçalar ya da orqanlar öz başlarına heç bir işə yaramayacaq və təkamülçülərin "dollo" qaydasına görə yox olacaqlar.

Bu səbəbdən təkamülün, zaman içində meydana gələn kiçik təsadüflərlə bir canlının ya da canlılardakı kompleks bir sistemin meydana gəldiyi iddiası həm ağla, həm məntiqə həm də elmə zidd olduğu kimi, təkamülçülərin qoyduqları qaydalarla da ziddiyyət təşkil edir. Bu vəziyyətdə bir variant qalır: Canlılar bütün kompleks quruluş və sistemləriylə bir anda, əskiksiz və qüsursuz olaraq ortaya çıxmışlar. Bu da onları sonsuz bir güc və elm sahibi olan Allahın yaratdığı mənasını verir.

Yer üzündəki hər canlıda olduğu kimi bitkilərdə də tam mənasıyla qüsursuz sistemlər qurulmuşdur və ilk yaradıldıqları andan etibarən xüsusiyyətlərində heç bir dəyişiklik olmadan günümüzə qədər gəlmişlər. Yarpaqlarını tökmələrindən özlərini Günəşə çevirmələrinə, yaşıl rənglərindən gövdələrindəki odunvari quruluşa, köklərinin varlığından meyvələrinin meydana gəlməsinə qədər bütün strukturları nümunəsizdir. Daha yaxşı sistemlərin yaradılması hətta bənzərlərinin yaradılması (məsələn fotosintez əməliyyatı) müasir texnologiya ilə belə mümkün deyil.

Bitkilərdəki Duyğular



Bitkinin içinə bir az daha yaxından baxdığımızda çox maraqlı sistemlərlə qarşılaşarıq. Bu sistemlərin ən əhəmiyyətlilərindən biri, bitkilərin içindəki reaksiya mexanizmləridir. Yəni çöldən baxında nə ağızı, nə gözü, nə də bir sinir sistemi olan bitkilər, yeri gəldiyində bəzi duyğuları insandan belə həssas ola bilir. Bitkilərin bizim kimi gözləri yoxdur, amma bizim gördüyümüzdən daha çoxunu görürlər. Çünki onların işığa həssas birləşimlərdən meydana gəlmiş zülalları vardır. Bunun sayəsində bizim gördüyümüz və görə bilmədiyimiz bütün dalğa boylarını qəbul etdikləri kimi, işığa qarşı həssaslıqları insan gözününkündən daha çoxdur. (41)

Bitkilər bu görmə qabiliyyətlərini istifadə edərək böyümək və həyatda qalmaq üçün lazımlı olan; işığın sıxlığı, keyfiyyəti, istiqaməti və periodu kimi şərtləri müəyyən edirlər. Bitkinin gündəlik həyat nizamı özünü işığa görə tənzimləyən "daxili saat"ın idarəsindədir. Bu mərhələdə nələr olduğunu elmi olaraq açıqlamaq lazım olsa, bitkidə işığı görməklə vəzifələnmiş iki zülal ailəsi olur. Bu iki ailədən biri, beş fərqli növü olan "fitokrom", digəri isə iki fərqli növüylə "kriptokrom" adlı zülallardır. Bu zülallar eyni zamanda işığı qəbul edə bilən bir işıq qəbuledicisidirlər. Bunun sayəsində bitkinin içindəki saatı, işığın hər an etdiyi dəyişikliklərə görə təyin etmək vəzifələri vardır. (42)

Bitkilər yalnız günəş işığıyla yaşaya bilməzlər; ehtiyacları olan qidaları dadmaq üçün dilləri yoxdur, amma yenə də bunu bacarmaları lazımdır. Dad duyğusu, torpaqdan mineral və qidaları alan bitki kökləri üçün çox əhəmiyyətlidir. Arabidopsis (kərə otu) adlı bitkidə aparılan araşdırmalarda, bir genin nitrat və ammonium duzlarının bol olaraq olduğu yerləri təsbit etdiyi ortaya çıxarılmışdır. Bu gen sayəsində köklər təsadüfi deyil, qida istiqamətində inkişaf edərək şüurlu bir hərəkət sərgiləyir. Nitratları təsbit edən bu gen ANR1'dir.(43)

Bu gen xaricində Texas Universitetində aparılan digər bir araşdırmada "apiraz" adlı yeni bir ferment kəşf edilmişdir. Kök səthində olan bu ferment, göbələk kimi torpağa qarışmış mikroorqanizmlərin çıxardığı ATF-ni (adenozin trifosfat) dada bilir. ATF molekulu təbiətdə hər vaxt hazır olan davamsız bir enerji ehtiyatıdır. Apiraz, əldən düşən ATF-ni alıb fosfat qidalarına çevirməsini daha sonra da sovurmasını təmin edir. (44) Bitkilərin tozsoran kimi hüceyrədən başqa ATF-ni yığıb istifadə edilən hala gətirməsi isə yeni kəşf edilmiş bir möcüzədir.

Dadma duyğusu kimi toxunma duyğusu da bitkilərdə çox sıx rast gəldiyimiz hislərdəndir. Venera (Dionaea muscipula) kimi ətyeyən bitkilər, üzərlərinə qonan böcəyi bir anda tutarlar. Mimoza (Mimosa pudica) bitkisi isə ən yüngül toxunuşla belə incə yarpaqlarını aşağı doğru endirir. Göy noxud və paxla kimi sarmaşan bitkilər həssas toxunma duyğuları sayəsində filizlərini möhkəm dəstəklərin ətrafına sarıyarlar. Son aparılan araşdırmalarda az qala bütün bitkilərin bu toxunma duyğusuna sahib olduqları ortaya çıxmışdır. (45) Bitkilər ümumiyyətlə yarpaqlara böyük zərər verə biləcək küləyin şiddətinə qarşı da toxunma duyğusundan istifadə edirlər. Külək altında qalan bitkilər toxumalarını sərtləşdirərək reaksiya verir və beləcə şiddətli küləklərdə qırılmaqdan xilas olurlar. Araşdırmaçılar toxunma duyğusunun gücləndirilmiş toxuma istehsalına necə gətirib çıxardığını hələ də tapmağa çalışırlar. Ən çox üzərində dayanılan nəzəriyyəyə görə, bitki yelləndiyində kalsium ionları, hüceyrədə kimyəvi anbar funksiyası daşıyan geniş otaqlardan, yəni vakuollardan hüceyrə mayesinə keçir. Bu kalsium axını bitki hərəkət etdiyində və ya bitkiyə toxunulduğunda meydana gələn ilk hərəkətdir. Bu hərəkət saniyənin onda biri kimi bir sürətlə reallaşır. Daha sonra kalsium ionlarının axını hüceyrə divarlarının gücləndirilməsiylə əlaqədar olan genləri hərəkətə keçirir və son dərəcə kompleks bir müddət sonunda toxunulan bölgədə qalınlaşma olur. (46)

Bir bitkinin yaşaya bilmək üçün ehtiyacı olan bütün xüsusiyyətlərə son dərəcə kompleks sistemlər sayəsində sahib olması, tək bir bitkinin tək bir yarpağının da təsadüfən meydana gələ bilməyəcəyini görmək və qavramaq üçün kifayətdir. Bitki hüceyrələri, beyni, əli, gözü, şüuru və məlumatı olmayan gözlə görülə bilməyəcək qədər kiçik varlıqlardır. Bu varlıqların, "küləkdə bitkini necə qurtara bilərik?" deyə düşünüb metod düşünüb tapmaları qeyri-mümkündür. Üstəlik bu iç-içə keçmiş və domino daşlarının bir-birini aşırması kimi bir-birini aktiv hala gətirən parçalardan meydana gəlmiş bir sistemdir. Bu sistemi nə hüceyrələr öz ağıl və iradələriylə meydana gətirə bilərlər, nə də təsadüflər belə qüsursuz bir plan və dizayn yarada bilərlər. Bütün bunlar sonsuz bir elm və ağıl sahibi olan Allahın varlığının dəlillərindəndir.

Başda North Carolina Wake Forest Universiteti olmaq üzrə müxtəlif mərkəzlərdə aparılan araşdırmaların nəticəsində, bitkilərin müəyyən bir səs tezliyini və ya titrəşməsini qəbul edə bildiklərinin ifadə edildi. Məsələn, Wake Forestdə edilən bir təcrübədə, normal cücərmə nisbəti 20% olan turp toxumlarının, müəyyən bir tezlikdəki səsə uzun müddət tabe tutulduqlarında, cücərmə nisbətlərinin 80-90% artdığı görülmüşdür. Tədqiqatçılar, elongasyon (uzanma) və toxum cücərməsində vasitəçilik edən "giberellik turşusu" adlı bitki hormonunun, "eşitmədən" də məsul olduğunu düşünürlər. (47)

Bu mərhələdə unutmaq olmaz ki, bitkilərin beyni ya da sinir sistemi yoxdur. Yəni bir insan bir obyektə toxunduğunda, onu gördüyündə və ya daddığında sinir sistemi və onun bağlı olduğu beyində müəyyən mesajlaşmalar və əmrlər ardıcıllığı dövrəyə girir. Yaddaş, idrak, kimi ünsürlərin də dövrəyə girməsiylə şüurlu bir hərəkət üçün qərar alınır. Halbuki, bitkilər belə bir sinir sistemi, beyin, idrak və yaddaşa sahib deyildirlər. Ancaq buna baxmayaraq, son dərəcə şüurlu davranışlara sahibdirlər. Sanki görür kimi müəyyən bir istiqamətə dönməkdə, toxunmaq kimi özlərinə ən uyğun zəmini tapa bilməkdə və ya dad ala bilirmiş kimi torpaqdakı bir çox maddə içindən onlara lazımi maddələri seçə bilirlər. Kənardan baxdıqda şüurlu olaraq görülən hərəkətlərin ardındakı ağıl, əlbəttə onlara deyil, onları üstün bir ağılla yaratmış Allaha aiddir.

Ağıllı Müdafiə Sistemi



Bitkilər özlərini müdafiə etmək üçün çox müxtəlif yollara müraciət edirlər. Mexaniki müdafiə etmədə tikan, qabıq kimi ünsürlər istifadə etmələrinə baxmayaraq, bu silahların təsir etmədiyi düşmənlər üçün xüsusi üsullardan istifadə edirlər. Bitkilərin belə vəziyyətlərdə istifadə etməklə çıxardıqları zəhərli və ya pis dadı olan kimyəvi silahları vardır. Buna veriləcək ən yaxşı nümunə gicitkənlərdəki üstün müdafiə etmə sistemidir. Asetilkolin və hisdiamin adlı kimyəvi maddələr möcüzə bir mexanizmlə "iyneksiya tüklərində" bir yerə gətirilərək, bitkinin içində strateji nöqtələrə yerləşdirilmişdir. Bu bitkilərə toxunduqda kimyəvi maddələr dövrəyə girərək yandırıcı mayeni inyeksiya edirlər. (48)

3000 fərqli bitki ailəsində 10.000-dən çox alkaloid adı verilən zəhər növü müəyyən edilmişdir. Onsuz da kiçik olan həcmlərində bu kimyəvi maddələri yığmaq rahat olmadığı üçün bir çox bitki alkaloid, fenol və terpen kimi kimyəvi maddələri yalnız ehtiyacları olduğu zaman çıxarırlar. Çox güclü təsirlərə sahib olan bu kimyəvi maddələrdən dopamin, serotonin və asetilkolin, insanın mərkəzi sinir sistemindəki sinir sistemi daşıyıcılarıyla çox yaxın struktur cəhətdən bənzərliklərə sahibdirlər. Xəstələrdə, əməliyyatlarda ağrıları və ağrıları dindirən dərmanların böyük bir qismi bu maddələrdən hazırlanır. (49)

Bir kimya mühəndisinin və ya bir əczaçının bəzi kimyəvi maddələri bir yerə gətirərək, fərqli kimyəvi maddələr və ya dərmanlar hazırlanması insan üçün həyəcan və ya heyrət verici bir hadisə deyil. Çünki insan ağıl, şüur və məlumat sahibi bir varlıqdır. Üstəlik, bunları edə bilmək üçün illərcə kimya və ya tibb təhsili almışdır. Həmçinin, bir çox texniki təchizata sahib bir kimya laboratoriyası da xidmətindədir. Ancaq dəfələrlə yanından keçərkən əhəmiyyət vermədiyiniz, yaşıl, torpaqdan çıxan bir bitkinin, öz bədənində, kənardan heç bir müdaxilə olmadan, öz iradəsi və qərarı ilə kimyəvi maddələr çıxarması əlbəttə ki, heyrətverici bir hadisədir. Üstəlik, hər bitki öz quruluşuna və istifadəsinə uyğun bir kimyəvini, ən uyğun zamanda, yalnız ehtiyacı olduğunda hazırlayır. Bitkinin bu davranışında ağıl, şüur, iradə, ani qərar vermə və tətbiq, məlumat və texnologiya vardır. Bitkilər bunu hələ yer üzündə nə bir insan, nə bir kimyaçı, nə də texnologiya olmadığı zamanlardan bəri, milyardlarla ildir reallaşdırırlar. Yaxşı, bir bitkiyə, torpaqdan çıxan hər hansı bir ota bu qabiliyyətləri verən, onu bu fövqəladə xüsusiyyətlərlə təchiz edən güc nədir? Bitkilər haqqında öyrəndiyimiz hər məlumat, tək başına bizə Allahın varlığını, gücünü və sonsuz ağılını göstərir. İnsanoğlu Allahın sonsuz elmi ilə yaratdığı bu canlılar haqqında hələ də öyrənməyə davam edir.

Son zamanlarda araşdırmaçılar, bikinin digər hissələrinə yardım siqnalı çatdırmaqla vəzifəli, "jasmonatlar" adı verilən yeni bir kimyəvi qrupu kəşf etdilər. Bu siqnal mesaj sistemi, məməlilərdəkinə bənzər bir şəkildə işləyir: Bir bölgədə zədə meydana gəldiyində, bədənin digər hissələrində fərqli reaksiyaları hərəkətə keçirən kimyəvi maddələrin istehsalı başlayar. (50) Məsələn, özünü olduqca zəhərli nikotinlə müdafiə edən tütün bitkisində, hücum jasmonik turşu adı verilən mesaj daşıyan maddənin istehsalını başladar. Ya da bir tırtıl yarpağı çeynəməyə başladığında yarpaq, kökə doğru yol alan və nikotin istehsalını başlatdıran jasmonik turşusunu daha çox çıxarır. Çıxarılan nikotin, yarpağın ön tərəfinə geri göndərilər və bu kimyəvinin sıxlığı artdığı üçün ən inadçı təcavüzkarlar belə imtina etmək məcburiyyətində qalırlar. Bəzi yarpaqlar hər 1 qram yarpaq toxumasında 120 milliqram nikotin daşıyacaq qədər istehsal edə bilər. Bu miqdar 100 ədəd filtrsiz siqaretin çıxardığı nikotindən çoxdur. (51)

Bəzi bitkilər böcəyin ifrazatlarını dadaraq özlərini hansı tırtılın yediyini anlayar və tırtılın növünə uyğun qarşılığı verirlər. Qarğıdalı, pambıq və çuğundur yarpaqları, güvə tırtılı (Spodoptera exigua) ordusuna qarşı kənardan kömək çağırırlar. Verdikləri "imdad siqnalı" üstün bir ağılın və məlumatın əsəridir. Yarpaqlar böcək ifrazatındakı volisitin adlı maddəni hiss etdiklərində, indol və terpen adı verilən uçucu maddələri ifraz edirlər; havaya qarışan bu qoxular parazit ovçusu çöl arılarını (Cotesia marginiventris) yarpağa çəkir. Və ya bir yarpaq yaralandığında müdafiə etmə genlərinin çıxardığı "metil jasmonate" adlı maddəni ifraz edir, qonşu yarpaqlar da bu maddəni iyləyərək böcəklərin hücumunu dayandıracaq və ya ovçuları çağıracaq digər kimyəvi maddələri çıxarmağa başlayarlar. Məsələn, paxla bitkisinin hər hansı bir yarpağı yara aldığında, (Vicia faba) qonşu yarpaqlar, yarpaq bitləriylə bəslənən ovçu böcəkləri çəkən maddələr ifraz etməyə başlayarlar. Beləcə, çöldən kömək çağıraraq düşmənlərindən xilas olarlar. (52)

Bu mərhələdə özümüzə bəzi suallar verməliyik. Bir bitki necə olar ki tırtıl kimi bəzi zərərli böcəklərin yarpaqlarını yediyini anlayar? Minlərlə kimyəvi mürəkkəb içində bu böcəklərin və ya digər bitkilərin ifrazatlarını necə ayırd edə bilər? Bu böcəkləri yox edən başqa böcəklər olduğunu və onları çəkmək üçün müəyyən qoxuların təsirli olduğunu, bu qoxuların necə və hansı miqdarda çıxarılacağını, küləklə havaya qarışaraq bu böcəklərin qoxu hislərinə çatacağını haradan bilir? Həmçinin, köməyə çağırdığı böcəklərin özünə zərər verməyəcəklərindən necə əmin ola bilir? Bütün bunlar düşünməli olduğumuz əhəmiyyətli suallardır. Üstəlik, bu canlılar, ilk yaradıldıqları andan etibarən, milyon illərdir eyni müdafiə etmə sistemindən qüsursuz olaraq istifadə edirlər. Əlbəttə, bitkinin bu qədər kompleks əməliyyatı nizamlı və qüsursuz bir şəkildə təşkil edəcək, hesablayacaq, planlayacaq və lazımlı kimyəvi maddələri çıxaracaq bir şüuru, ağlı və məlumatı yoxdur. Bir bitki nə tırtılı, nə də onu yeyən böcəyi tanıyır. Hətta qoxunun nə olduğunu qavrayacaq bir ağılı da yoxdur. Bitkinin bilmə, anlama, tanıma kimi şüurla əlaqədar xüsusiyyətlərə sahib olmadığı da ortadadır. Bütün bu xüsusiyyətlər bitkiyə verilmiş, bitkiylə birlikdə hazırlanmışdır. Bütün bu dizaynın sahibi isə yerin, göyün və ikisinin arasında olan hər şeyin Rəbbi olan Allahdır.

Yarpaqların Maraqlı Hərəkətləri



Bir hissə əvvəldə gördüyümüz kimi bitkilər sanki canlı bir insan kimi görən, toxunan, dad alan sistemlərlə təchiz edilmişlər. Bu duyğular tək-tək vurğulandığında hamısının mükəmməl dizaynlara sahib olduğu görünür. Bitkidəki bu sistemlərin nəticəsi olaraq ortaya çıxan müxtəlif hərəkət, böyümə və müdafiə etmə mexanizmləri də, qəbul sistemləri kimi yaradılışın əhəmiyyətli dəlillərini göstərirlər.

Kökləriylə torpağa bağlı olan bitkilər harasa gedə bilməzlər, amma o qədər də hərəkətsiz deyildirlər. Bitkinin içində hələ tam olaraq aydın ola bilməyən mexanizmlər, bitkinin ehtiyaclarına görə reaksiyalar verməsini təmin edir. Bitkilər, sanki gözü olmadan görən, əli olmadan toxunan bir canlı kimi işığa, suya, qida əldə etmək üçün maraqlı hərəkətlər nümayiş etdirirlər. Hər reaksiya öz daxilində fərqli bir sistemə və dizayna malikdir. Bitkinin maksimum inkişafını təmin etmək üçün hazırlanmış bu sistemlərə nəzarət edən xüsusi fermentlər, hormonlar və xüsusi toxumalar vardır.

Bitkilərin hərəkətlərini təmin edən ən əhəmiyyətli faktorlardan biri işığa olan həssaslıqlarıdır. Bitki filizlərindəki işığa həssaslıq ya da fototropizm (işığa yönəliş) olaraq bilinən yardım sistemi, ümumiyyətlə insan gözünün görünən işığa olan həssaslığı kimidir. Bütün duyğu sistemlərində olduğu kimi ilk meydana gələn hadisə xəbərdar edənin, yəni işığın qəbul edilməsidir. Bu işığın qəbul edilə bilməsi üçün tək yol işığın piqment adı verilən kimyəvi materiallar tərəfindən udulmasıdır. Udulma müddəti əsnasında əldə edilən enerji, sonrasında digər sistemləri işlətmək üçün istifadə ediləcək kimyəvi enerjiyə çevrilir. Bitki filizi içindəki işığa həssas yardım sistemi iki mərhələdə meydana gəlir: İlk mərhələdə dövrəyə girən mexanizmlər işıq xəbərdarlığını alır; onu elektrik və kimyəvi siqnallara çevirir. İkinci, yəni cavab mexanizmi adı verilən mərhələdə isə budağın böyüməsi üçün lazımlı sistemlər dövrəyə daxil olur, beləcə bitki işığa doğru yönəlir. (53)

Bitkilərin Hərəkətləri:



Bitkilər fərqli şərtlər altında fərqli şəkillərdə hərəkət edirlər. Bütün hərəkətlərə isə, auksin, gibberellin, sitokinin kimi hormonlar tərəfindən nəzarət edilir. Ancaq bu maddələrin qəti iş şəkilləri hələ tam olaraq aydın olmamışdır. Bitkilərin hərəkət növləri qısa olaraq belədir:

Yönəliş (tropizm): İşıq, cazibə, toxunma və su kimi xəbərdarlıqlara qarşı yaradılan böyümə reaksiyalarıdır.

Qıvrılma: Bitki orqanlarında yarpaqlar yaxud çiçəklərdə meydana gəlir. Günəşin hərəkətləri, gün uzunluğu və toxunma ilə reallaşan qabarıqlıq (turgor) təzyiqi nəticəsi yaranan bir hərəkətdir.

Morfogenetik reaksiyalar: Gün uzunluğuna qarşı, bitkinin toxumasında meydana gələn dəyişikliklərdir.

Fotoperiodizm: İşığın mövqeyinə, gündüz və ya gecə vəziyyətinə görə bitkidə meydana gələn dəyişikliklərdir. (54)

Geotropizm: Bitkinin ana kökünün aşağı doğru cazibə istiqamətində uzanması hərəkətidir.

Tigmotropism: Bitkilərin toxunmağa qarşı göstərdikləri reaksiyadır. Daha əvvəl təfərrüatla danışdığımız kimi, bitkilər xaricdən gələn xəbərdarlıqlara elektrik və kimyəvi reaksiyalar verirlər. Bununla yanaşı onlara toxunan dəstəklərin ətrafında qıvrılma meylinə də girirlər. Ehtiras çiçəyi (Passionflower) kimi sarmaşıq bitkiləri buna bir nümunədir (55).

Hidrotropism: Bitki köklərinin su qaynağına doğru yönəlməsi hərəkətidir. Suyun bol olmadığı torpaqlarda bitki kökləri bir qazma maşını kimi su tapmaq üçün torpaqaltı laylarına doğru irəliləyirlər. (56)

Torpağa əkilən bir bitkinin hər orqanının ayrı bir istiqamətdə, ehtiyacına istiqamətli bir hərəkət göstərməsi fövqəladə maraqlı bir hadisədir. Elm adamları hələ bitkinin fərqli orqanlarının "hansı qərarla" fərqli istiqamətlərə doğru hərəkət etdiklərini açıqlaya bilmirlər. Məsələn, bitkinin torpaq üstündə qalan qismi işığa doğru yönəlir. Bitkinin ana kökü isə, yuxarıda da ifadə edildiyi kimi, cazibənin təsiriylə aşağı doğru uzanır. Cücərtilər isə cazibənin əksinə, yuxarıya doğru inkişaf edirlər. Bitkinin içində sanki bir maqnitin iki ucu kimi bir qütbləşmə vardır. (57) Bitkinin ən kiçik parçası belə bu qütbləşmə təsirini və hansı parçanın hansı istiqamətdə inkişaf edəcəyi məlumatını daşıyır. Məsələn, siz bir budağı tərs tərəfindən belə əksəniz, köklənmə digər ucdan başlayacaq. (58) Yəni bitkinin toxum qismi aşağıya doğru irəliləyərkən cücərtilər daim əks istiqamətdə yuxarıya doğru inkişaf edir. Əgər bitkinin yuxarıya doğru böyüyən cücərti qismini torpağın altına girəcək şəkildə əks istiqamətdə əksəniz, kökü bağlanmayacaq. Bütün bitkilər üçün etibarlı olan bu qütbləşmə qaydası, bitkilər ilk yaradıldıqları gündən bəri ara vermədən bitkilərin böyümə istiqamətlərini təyin edir. Ancaq bitkinin içində hər hansı bir qərar vermə mərkəzi yoxdur. Yaxud bitkinin içində iştirak edən bəzi atomlar daha ağıllı və ya daha məlumatlı olduqları üçün digər atomlara əmr vermək mövqeyində deyillər. Heç bir atom da hansı istiqamətdə böyüyəcəyi barədə hakimdən məlumat və ya əmr almaz. Bəzi hüceyrələr necə yarpaq, bəziləri çiçək, bəziləri də budaq olursa, bitkinin hansı istiqamətdə inkişaf edəcəyi də əvvəldən təyin olunmuş bir nizamla olur. Buna görə eyni bitkini dünyanın harasında əksək də, eyni şəkil və dadla qarşılaşarıq. Hər bitki ilk yaradıldığı gündən bəri, özünü yaradan Allahın ilham etdiyi qaydalara görə hərəkət edir.

Bitkilərin hərəkətləri də digər bütün xüsusiyyətləri kimi, onlar üçün ən ideal şəkildə hazırlanmış mexanizmlər sayəsində reallaşır. Bu mexanizmləri meydana gətirənlərin bitkini meydana gətirən şüursuz atomlar ola bilməyəcəyi məlumdur. Heç bir atom bitkinin köklərinin suyun olduğu istiqamətdə inkişafını, bitki cücərtisinin işığa doğru yönəlməsini düşünüb dərk edə bilmir. 21-ci əsrdə elm adamlarının da işləmə mexanizmini yeni-yeni öyrəndikləri bu sistemlər, milyon illərdir hər bitkinin gövdəsində vəzifələrində heç ara vermədən Allahın yaratdığına uyğun olaraq yerinə yetirirlər.

Turqor Hərəkətləri


Turqor təzyiqi bitki içərisində yığılan suyun, hüceyrə divarlarına etdiyi təzyiqlə ortaya çıxır. Bu su təzyiqi əzələ təsirilə bitkinin dik və dolğun görünməsini təmin edir. Sulanmayan çiçəklərin canlılıqlarını itirib əyilmələrinin səbəbi də budur. Məhz müəyyən bir xəbərdarlığa qarşılıq olaraq ortaya çıxan bəzi bitki hərəkətləri, yarpaqdakı bu turqor (qabarıqlıq) təzyiqinin itirilməsinin nəticəsidir. Bu həssas bitkilər çox sürətli solma müddətinə sahibdirlər. Toxunularkən bütün yarpaq birdən sallanır. Bir yarpaq büküldüyü an xəbərdarlıq bütün yarpaqlar bükülənə qədər bitkinin hamısını gəzir. Bu mexanizmdə həm elektrik, həm də kimyəvi əməliyyatlar bir yerdə meydana gəlirlər. Yapraqcıqların altında "pulvinus" adında, yastığa bənzər dayaq çıxıntıları vardır. Bir yarpaq toxunma, istilik və ya külək xəbərdarlığı aldığında kalium ionlarının bir pulvinustan digərinə keçdiyi zəncirvari reaksiya başlayar. Bunu isə pulvinusun bir yarısındakı "pulunkıma" hüceyrələrində olan su molekullarının digər yarımhissəyə doğru başlatdıqları sürətli dövretmə hərəkəti izləyir. Bu hərəkət suyun səbəb olduğu qabarıqlıq təzyiqinin itkisinə, bu səbəbdən bütün yarpağın əyilməsinə gətirib çıxarır. Bütün əməliyyat bir neçə saniyə içində reallaşır.(59)

Bu təzyiq dəyişməsi bəzi ətyeyən bitkilərin qurduqları tələnin bağlanmasına gətirib çıxaran sistemdə də istifadə edilir (60). İnsan bədənindəki əzələlər nə qədər əhəmiyyətli bir vəzifə görürsə, bitkilərdə də bu təzyiq çox əhəmiyyətli bir vəzifə yerinə yetirir. Ağacların ən hündür yarpaqlarına bitki gövdəsindəki xüsusi kanallarla heyrətamiz mexanizmdən istifadə edilərək çıxarılan su xüsusi boşluqları doldurur. Yarpaq muma bənzər toxumayla örtüldüyü və məsamələri də yalnız müəyyən miqdarda təzyiqlərdə açıldığı üçün, hava keçirməyən bir şar kimi şişir. İnsan bədənində saysız toxuma, sinir, lif strukturlarından istifadə edilərək hazırlanmış əzələ sistemi, bitkidə suyun təzyiqinə görə nizamlanmış orqanlardan istifadə edilərək hazırlanmışdır. Suyu kökdən, hələ tam olaraq kəşf edilə bilməyən, amma hidrofora bənzər bir sistemlə udan liflər, suyu bitkinin bütün hissələrinə daşıyan boru xətləri, havadakı və torpaqdakı uyğun nəm nisbətləri, yarpaqda suyu toplayan ya da fotosintez üçün istifadə edən orqanlar, xariqüladə bir dizaynın hissələrini meydana gətirərlər.

Bu sistem ilk yaradılan bitkidən etibarən eyni şəkildə işləyir. Bu sistemə aid bir orqan belə olmasa bitki yaşaya bilməz. Buna görə heç bir bitki təkamülçülərin iddia etdiyi kimi pillə-pillə təkamül keçirə bilməz. Bütün bu məlumatlar, bitkilərin bütün parçaları, strukturları və hüceyrələriylə birlikdə, tam olaraq hazırlandıqlarını və yaradıldıqlarını göstərir.


Bitki Daxilindəki Əlaqə



Yaxın zamanda, eyni ağacın fərqli budaqlarında daha əvvəl nəzərə çarpmayan bir əlaqə olduğu botaniklərin diqqətini çəkdi. Məsələn, bir şam ağacının üstdəki budaqları kəsilincə, dərhal altdakı yan budaqların itən qismi bitkin vəziyyətdə yuxarı istiqamətdə qıvrıldıqları və bir neçə inkişaf mərhələsində yuxarıya doğru dırmaşdıqları müşahidə edildi. Daha əvvəl kiçik budaqlar ağacın yuxarı hissəsini meydana gətirmək üçün budaqlardan birinin daha çox böyüməsinə imkan yaradırlar və bunun üçün kənara doğru açılarlar. Seçilən budaq sanki özünün bunun üçün seçildiyini bilirmiş kimi, budaqların ortasına, yəni mərkəz mövqeyə hakim yönəlir. Yaxşı, digər budaqlar bu budağın ağacın başını meydana gətirmək üçün seçildiyini haradan bilirlər? Hansı budağın necə seçildiyi və digərlərinin bu seçkiyə niyə və necə uyğun gəldikləri elm adamlarını düşündürməyə sövq edir. Onların əmin olduqları təkcə budaqların arasında anlamadıqları növbənöv ortaqlığın olduğudur (61).

Əslində yalnız budaqlar arasında deyil, orqanizmin hamısında bir həmrəylik vardır. Başqa bir nümunə də ağacların içindəki vəzifə bölgüsüdür. Söyüd ağacı kimi müəyyən bir cins ağacın budaqlarından hər hansı birini baharda kəsib nəmli torpağa əksəniz, kök və cücərti çıxarır. Bu yalnız bir orqanizm deyil, eyni zamanda bir təşkilatdır. Köklərin hansı bölgədən çıxarılması, cücərtinin hansı bölgədən pöhrələnməsi lazım olduğu bitki hüceyrələri tərəfindən adətən bilinir. Ağacın kiçik bir parçası da ağaca dair bütün təfərrüatları bilirmiş kimi hərəkət edir.

Bitkilər üzərində aparılan araşdırmalar çox əhəmiyyətli bir möcüzəni də ortaya çıxarmışdır. Şüursuz bitkilərin şüursuz hüceyrələri arasında kollektiv bir xəbərləşmə sistemi vardır. Eynilə insan və heyvan hüceyrələri kimi bitki hüceyrələri də bir-birləri ilə xəbərləşir və beləcə toplu olaraq hərəkət edirlər.

Hormonlar



Hormon canlılarda həyat üçün lazımlı sistemləri təşkil edən bir zülal növüdür. Bitki hüceyrələrində də müxtəlif hormonlar çıxarılır. Bu hormonlar bitkinin qarşılaşdığı yaxşı və ya pis şərtlərdə necə davranmağı təyin etmək üçün yaradılmış möcüzəvi molekullardır.

Məsələn, yeni əmələ gəlmiş cücərtilər yaxşı vəziyyətdə, amma kök çətin vəziyyətdədirsə (bol işıq, az su olduğu bir mühit) bitkinin daha güclü və daha çox kökə ehtiyacı vardır. Bitkinin içinə elə mükəmməl bir sistem yerləşdirilmişdir ki, lazımlı tədbir dərhal görülür. Bitki hüceyrələri "auksin" adlı bir hormonun istehsalını artırırlar. Bu hormon kök hüceyrələrinə çatır və bu hüceyrələrə bölünmələrini və çoxalmalarını əmr edir. Beləcə yeni köklər çıxarılır (62).

Bütün bu məlumatlar qarşısında bəzi suallar soruşmaq lazımdır. Auksin hormonunu çıxaran hüceyrələr, bitkinin torpağın altında kökləri olduğunu və bu köklərin uzanmaları lazım olduğunu haradan bilirlər? Bu köklərin uzanmasını təmin edəcək kimyəvi düsturları haradan öyrənmişlər? Kök hüceyrələri nə üçün bu hormonun əmrlərinə uyğunlaşır?

Şüursuz bitki hüceyrələrinin bir-birləri ilə əlaqələri düşünən insanlar üçün göstərilən çox böyük yaradılış möcüzəsidir.

Hormonlar bitki içində, sanki zavod müdiri kimi vəzifələri vardır. "Şəkər haradan hara daşınacaq? Hansı yarpaq yaşlanıb töküləcək, hansı yarpaq bəslənəcək? Budaqlar daha nə qədər uzanacaq? Çiçək açma vaxtı gəldimi?" kimi kompleks problemləri bu gözlə görülməyən canlılar böyük bir ustalıqla həll edirlər.

Budaqların uzanmasına nəzarət edən gibberellin adlı hormon da 50 fərqli növüylə əhəmiyyətli hormonlar arasındadır. Sitokinin adlı hormon isə auksindən daha uzaq bölgəyə təsir edir. Auksin hormonu köklərə təsir edərkən, sitokinin bitkinin tumurcuqlarına təsir edir. Tumurcuğun şəklindən də bu hormonun uyğun olduğu qəbul edilir (63). Burada təkrar düşünmək lazımdır. Şüursuz bitki hüceyrələrinin çıxardığı şüursuz bir molekul, saysız hikmət ilə yaradılmış tumurcuqların istehsalından uyğun qəbul edilir.

Bütün fotosintez mərhələlərini də idarə edən bu hormonların əsas heyrətamiz xüsusiyyətləri isə, mərkəzi bir sistemə bağlı olmadıqları halda, sanki bir yerdən əmr alırmış kimi ağıllı və şüurlu bir şəkildə hərəkət etmələridir.

Auksin Adlı Möcüzə



Torpağa atılan kiçik bir toxum, bir neçə il ərzində bir cücərti, bir müddət sonra insan hündürlüyündə bir ağac, on il sonra nəhəng bir çinar olur. Yaxşı bitkinin böyüməsini və eyni zamanda mütənasib və estetik olaraq inkişafını təmin edən nədir?

Şüursuz bir bitkinin böyüməsinin məsuliyyəti bir başqa şüursuz varlığa, "auksin" hormonuna verilmişdir. Buna görə auksin bitkinin inkişaf edən bölgələrində daha çox olur. Auksin hormonu heyrətamiz bir şüur ilə hərəkət edir. Auksin budaqları cazibəyə qarşı yuxarıya, işığa doğru (fototropizm); kökləri isə cazibə istiqamətində aşağıya doğru yönəldərək inkişafı reallaşdırır. Hüceyrə bölünməsi, hüceyrələrin müəyyən vəzifələrə görə dağılması və dəyişiklik göstərmələri, meyvə inkişafı, kəsik nöqtələrdən kök meydana gəlməsi və yarpaq tökülməsi bu hormonun məsuliyyətindədir. Bitkinin böyüməsində və inkişafında bir çox baxımdan açar rol oynayan auksin hormonu sirli quruluşuyla araşdırmaçıların diqqət mərkəzi olmuşdur.

Bitkinin böyüməsində bir qərar mərkəzi kimi çalışan, bitkinin hansı istiqamətdə, nə qədər inkişaf edəcəyinə nəzarət edən bu hormona nəyin nəzarət etdiyini tapmağa çalışan tədqiqatçılar çıxılmaz bir problemlə qarşı-qarşıya qalmışlar. Digər bir sual da bitkinin bütün hissələrinin bu maddənin sözünə niyə əməl etməsidir. Əslində bitkidəki ancaq intizamlı bir orduda rast gəlinən bu mükəmməl qərar və tətbiq mexanizmi, yalnız bir həqiqətin dəlilidir. Bitki də digər canlılar kimi yarpağından köklərinə çatana qədər Yaradanına boyun əymişdir. Quranda bu həqiqət belə bildirilir:

Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir.
(Hud surəsi, 56)

Göylərdə və yerdə hər nə varsa -istəyərək də olsa, istəməyərək də olsa- Allaha səcdə edər. Səhər axşam kölgələri də (Ona səcdə edər).
(Rəd Surəsi, 15)



Qaynaqlar:


32. Paul Simons, "The Secret Feelings of Plants," New Scientist, Vol 136, No: 1843, 17 October 1992, p. 29.

33. "Cell Types of the Epidermis,"http://www.rrz.uni-hamburg.de/biologie/b_online/e05/05a.htm.

34. "Mechanism and Regulation of Stomata Movements,"

http://www.rrz.uni-hamburg.de/biologie/b_online/e32/32f.htm#aba.

35. http://botany.about.com/science/botany/library/weekly/aa020498b.htm.

36. Kingsley R. Stern, Op. cit., p. 55.

37. Sylvia S. Mader, Inquiry into Life, Willam C. Brown Publishers, 1991, pp. 158-159.

38. "Plant Vacuole",http://microscopy.fsu.edu/cells/plants/vacuole.html.

39. "Testing the Telome Theory,"

http://www.rrz.uni-hamburg.de/biologie/b_online/ibc99/ibc/abstracts/listen/abstracts/4069.html "Botany, an introduction to plant biology," http://biology.jbpub.com/Botany/interactive_glossary_showterm.cfm?term=telome%20theory.

40. "Lycophyta: More on Morphology,,http://www.ucmp.berkeley.edu/plants/lycophyta/lycomm.html.

41. "Bitkilerin Duyulari, ("Sense of Plants"), Bilim ve Teknik ( "Journal of Science and Technology"), June 2000, p. 71.

42. Paul Simons, Op. cit., p. 29; http://www.rrz.uni-hamburg.de/biologie/b_online/e30/30b.htm.

43. "Root development and function: the perception and transduction nutrients," http://www.biology.leeds.ac.uk/centres/LIBA/cps/zhang.htm.

44. http://www.sbs.utexas.edu/roux/research.htm.

45. "Seismonasty," http://www.biologie.uni-hamburg.de/b-online/e32/32d.htm.

46. "The Rapid-response mechanisms of plants," http://www3.telus.net/Chad/pulvinus.htm.

47. "Sensitive Flower," New Scientist, 26 September 1998, p. 24.

48. Dr. Sara Akdik, Botanik ("Botany"), Istanbul: Sirketi Mürettibiye Publishing, 1961, p. 13.

49. "Plants that make you loco,"http://waynesword.palomar.edu/ww0703.htm.

50. "Pests leave lasting impression on plant." New Scientist, 4 March 1995, p. 13.

51. Ibid.

52. "Bitkilerin Duyulari, Op cit., pp. 74-75.

53. Malcolm Wilkins, Plant Watching, London, Facts on File Publications, 1988, pp. 75-77.

54. Kingsley R. Stern, Introductory Plant Biology, Wm. C. Brown Publishers, USA, 1991, pp. 189-190

55. "Plant hormones-nutrition", http://gened.emc.maricopa.edu/bio/bio181/BIOBK/BioBookPLANTHORM.html

56. "Plant tropisms," http://www.geocities.com/CapeCanaveral/Hall/1244/colaborationstropism.htm

57. Kingsley R. Stern, Op. cit., pp. 189-190.

58. "Geotropism, Gravitropism," http://www.biologie.uni-hamburg.de/b-online/e32/32c.htm.

59. "Carnivorous plants,"http://waynesword.palomar.edu/carnivor.htm; Wallace, Sanders, Ferl, Biology The Science of Life, New York: HarperCollins, 1996, pp. 640-641, 660.

60. "Carnivorous plants," http://waynesword.palomar.edu/carnivor.htm.

61. "Auxin, http://www.ultranet.com/~jkimball/BiologyPages/A/Auxin.html.

62. "Plant Hormones, nutrition, and transport," http://www.emc.maricopa.edu/faculty/farabee/biobk/BioBookPLANTHORM.html; Malcolm Wilkins, Plant-Watching, Facts on File Publications, 1988, pp. 167-169,

63. Malcolm Wilkins, Op cit. , pp. 172-173.