Yaşıl Möcüzə: Fotosintez

Get Adobe Flash player

İnsan həyatında çox əhəmiyyətli olan bitkilər, 500 mindən çox çeşidilə Allah tərəfindən insanların faydalanacağı şəkildə yaradılmış sərhədsiz bir xəzinədir. Tənəffüs etdiyimiz tərtəmiz havanın, həyatda qalmaq üçün ehtiyacımız olan qidaların, istifadə etdiyimiz enerjinin qaynağı bitkilərdir. Təəccüblü gözəllikdəki mənzərələrin, təsirli qoxuların və gözqamaşdırıcı rənglərin qaynağı da yenə bitkilərdir.

Bitkilər işığı qidaya çevirən fotosintez sistemləri, heç dayanmadan enerji və oksigen verən, təbiəti təmizləyən, ekoloji tarazlığı təmin edən mexanizmləri, dad, qoxu, rəng kimi yalnız insana xitab edən estetik xüsusiyyətləriylə özlərini yaradan Allahın sonsuz elmini, sənətini, insanlara qarşı olan şəfqət və mərhəmətini nümayiş etdirən xüsusi canlılardır. Xüsusi faydalar üçün xüsusi sistemlərə sahib olan bitkilərin bu günə qədər yalnız 10.000 növü araşdırıla bilmiş, bu araşdırmalar nəticəsində hər bitkinin insanı heyrətə salacaq yaradılış xüsusiyyətlərinə sahib olduğu ortaya çıxmışdır.

Allahı tanımaq, Onun sifətlərini görmək, Ona yaxınlaşmaq istəyənlər üçün bitkilərdəki, hətta onların tək bir yarpağındakı yaradılış möcüzələrinə daha yaxından baxmaq, onların möcüzələrlə dolu dünyalarını tanımaq çox faydalı olacaq. Bunun sayəsində, indiyə qədər yalnız elm adamlarına xas olduğunu düşündüyümüz təəccüblü həqiqətlərin qapısının, səmimi və xüsusi maraqla bütün insanlara açıla biləcəyini görə bilərik.

İman edənlər Allahın onlara verdiyi ağıl və anlayış ilə Onun bizə nümayiş etdirdiyi möcüzələri görə bilərlər. Bunun üçün varlıqlara ağıl və hikmət gözüylə baxmaq lazımdır. Ətrafına ağıl və hikmət gözüylə baxmağı öyrənən bir insan, bir çiçəyin rəngində, şəklində və qoxusunda gördüyü sənətin yanında çiçəyi çiçək edən bütün sistemləri də öyrənəcək, Allahın üstün elminə və qüdrətinə daha yaxından şahid olacaq. Allah həm insanın, həm də digər canlıların yaradılışında ayələr, yəni öz varlığının dəlilləri olduğunu belə bildirir:



Sizin yaradılışınızda və törədib-yaydığı canlılarda 
qəti məlumatla inanan bir qövm üçün ayələr vardır.
(Casiyə surəsi, 4)